“Fiat” şirkəti “Google”un əməkdaşlığı ilə üç yeni krossoverini təqdim edib – Fiat 500, 500X və MPV.
Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.
Hər üç modeldə təkər tağlarında “Hey Google” nişanları, oturacaqlarda isə naxışlı emblemlər olacaq. “Fiat”ın verdiyi məlumata görə, bu, avtomobil istehsalçısının təkərlərin üzərində başqa bir şirkətin emblemini yerləşdirdiyi ilk haldır.
Hər üç avtomobil “Google”un səs köməkçisi və sensorlu ekranla təchiz edilib. Bəzi funksiyaları “Fiat Mopar Connect” xidmətinin köməyi ilə realizə etmək mümkün olub.
Məsələn, avtomobil sahibləri avtomobilləri barədə məlumatları – onun yerləşdiyi məkanı və getdiyi yolu smartfon və ya “Google Nest Hub” vasitəsilə yoxlaya biləcəklər.
Eyni zamanda, kimsə avtomobili oğurlamağa cəhd göstərsə və ya göstərilən ərazini tərk etsə, sahibə bu barədə bildiriş gələcək.
Fiat 500 on ölkədə satışa çıxarılacaq: İngiltərə, Fransa, İspaniya, Almaniya, İtaliya, Avstriya, İsveçrə, Belçika, Hollandiya və Polşa. “AutoExpress”in məlumatına görə, İngiltərədə qiymətlər “hatchback” üçün 16 min funtdan (22 000 dollar), başlayır.