9 C
Baku
Thursday, December 12, 2024

“Fiat” yeni krossoverinin fotosunu yayımladı

İtaliyanın “Fiat” şirkəti yeni yığcam krossoverin fotolarını yayımlayıb. Avtomobil Cənubi Amerika bazarında təqdim ediləcək.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Bildirildiyi kimi, modelə hələ ad verilməyib: italyanlar müştərilərdən və pərəstişkarlardan avtomobilə ad seçmələrini xahiş ediblər. Səsvermədə iştirak etmək üçün “Fiat”ın veb-saytına daxil olmaq kifayət edir. Qeyd edək ki, indiyədək “Tuo”, “Domo” və ya “Pulse” kimi təkliflər irəli sürülüb.

0e0fb7c53e6fea2771b3dec7896159ce02e44b04

“Fiat”ın yeni krossoverinin əsasında “MLA” platforması dayanır. O, “daha yaxşı dinamik xüsusiyyətlər, konstruksiyanın etibarlılığı və gediş rahatlığı” təqdim edir.

Avtomobil 110 at gücündə 1.3 litrlik və 125 at gücündə 1.0 litrlik mühərriklə təchiz ediləcək. Sürətlər qutusu avtomatik və variator olacaq.

Son xəbərlər
Digər xəbərlər