18 C
Baku
Wednesday, April 24, 2024

“Fiat”ın qurucusunun ailəsi “Christian Louboutin”də 541 mln. avroluq pay alıb

“Fiat”ın qurucusu Gianni Agnellinin ailəsi ilə fransız ayaqqabı markası olan “Christian Louboutin” arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.

Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

Müqaviləyə əsasən o, 541 milyon avroya şirkətin 24%-ni əldə edib.

Qarşıdakı sövdələşmə haqqında Agnellinin 53%-nə sahib olduğu “Exor” holdinq şirkəti tərəfindən təqdim edilən press-relizdə bildirilib. Şirkət gələcəkdə “Christian Louboutin”in direktorlar şurasının yeddi üzvündən iksinin “Exor” nümayəndəsi olacağını açıqlayıb.

Mütəxəssislər markanı 2.3 milyard avro dəyərində qiymətləndiriblər. Tərəflər müqaviləni 2021-ci ilin ikinci rübündə bağlamağı planlaşdırırlar.

“Exor” qeyd edir ki, müqavilə başa çatdıqdan sonra markanın qurucusu Christian Louboutin və onun iş ortağı Bruno Chambellan şirkətdə ən böyük paya sahib olmağa davam edəcəklər.

İnkişaf perspektivlərindən danışan “Exor”, markanın Çində tanıdılması üçün potensialın böyük olduğunu, eyni zamanda onlayn-satışları artırmağı planlaşdırdığını söyləyib.

Xatırladaq ki, “Christian Louboutin” 1991-ci ildən bəri mövcuddur. Şirkət istehsal etdiyi ayaqqabıların dabanının qırmızı rəngi ilə tanınır. “Christian Louboutin” hal-hazırda 30 ölkədə 150 mağazanı idarə edir.

“Bloomberg”in qeyd etdiyi kimi, “Fiat”ın qurucusunun ailə üzvləri son illərdə aktivlərini müxtəlifləşdirir və avtomobil bazarını təmsil etməyən şirkətlərdə pay alır. Beləliklə, “Exor” vasitəsilə fransız brendi “Shang Xia”ya 80 milyon avro sərmayə qoyulub.

Agnelli ailəsinin üzvləri “Exor” holdinqinə nəzarət edən “Giovanni Agnelli BV” şirkətinin paylarına sahibdirlər. O, “Fiat Chrysler” və “PSA Group” (“Peugeot-Citroen”) birləşməsi zamanı qurulan “Ferrari NV”, italyan futbol klubu “Juventus” və “Stellantis NV” daxil olmaqla bir sıra digər şirkətlərə nəzarət edir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər