Fibonaççi səviyyələri

Artıq bildiyiniz kimi, dəstək və müqavimət səviyyələri istənilən bir treyderin arsenalında ən vacib alətlərdəndir

XIII əsrdə Leonardo Fibonaççi, məşhur italiyalı riyaziyyatçı rəqəmlər arasında sadə bir ardıcıllıq müşahidə etmişdir : 1, 1, 2, 3, 5, 8, 13, 21, 34, 55, 89, 144.

Bu qanuna uyğunluq necə yaranır?

Əslində hər şey çox sadədir. Bu ardıcıllıqda hər sonrakı rəqəm əvvəlki iri rəqəmin cəmindən ibarətdir.
Nümunə gətirək:

1+1=2
2+1=3
3+2=5 və sairə…

Daha sonra Fibonaççi müşahidə edib ki, əgər iki ardıcıl rəqəmi götürsək və kiçik ədədin, böyük ədədə nisbəti tapsaq, nəticədə əldə etdiyimiz rəqəm 0.618-ə bərabər olacaq.

Gəlin yoxlayaq:

34/55 = 0.618
55/89 = 0.618
89/144 = 0.618.

Daha bir qanunauyğunluq vardır – əgər Fibonaççi ardıcıllığından istənilən bir üzvü özündən bir sonrakı deyil, iki sonrakı ədədə bölsək, ondan təqribən 0.382-yə bərabər qismət alınacaq.

Əgər ikinci deyil, üçüncü rəqəmi götürsək, onda onlar arasında alınana son nisbət təqribən 0.236-ya bərabər edəcək.

Bu asılılıqlar əsasında Fibonnaççi səviyyələri yaradılır, onların vasitəsi ilə analiz keçirmək və fərqli maliyyə alətlərinin dinamikası ilə bağlı proqnoz vermək mümkündür.

Praktikada siz başa düşəcəksiniz ki, heç bir trend əbədi davam edə bilməz, gec və ya tez korreksiya (qayıdış) mərhələsi baş tutacaq.

Fibonaççi səviyyələri treyderə imkan verir ki, korreksiyanın mümkün hədəflərini, həmçinin güclü müqavimət və dəstək səviyyələrini müəyyən etsin.

Gəlin, bunun praktikada necə göründüyünə baxaq…

Fibonaççi səviyyələri

Avstraliya dolları üzrə saatlıq qrafikdə biz özünü aydın büruzə verən qalxan trend müşahidə olunur, amma valyutanın kursu 0.7800 həddində güclü müqavimət ilə üzləşir, bundan sonra isə korreksiya başlayır.

Müvafiq olaraq, korreksiyanın ilk hədəfi 61,8% Fibonaççi səviyyəsidir, bu isə öz növbəsində güclü dəstək səviyyəsidir. Əgər valyutanın kursu bu səviyyəni qırsaydı, onda məntiqi olaraq güman etmək olardı ki, korreksiya davam edəcək və onun növbəti hədəfi 50% Fibonaççi səviyyəsi olacaq. Amma gördüyümüz kimi valyutanın kursu 61,8% Fibonaççi səviyyəsində geri dönür və bu dəfə 100% Fibonaççi səviyyəsini test etməyə istiqamət alır (güclü müqavimət səviyyəsi).

Vurğulayaq ki, başlıca səviyyələr olaraq 38.2%, 50% və 61.8% Fibonaççi səviyyələrini qəbul etmək qaydası formalaşıb. Bu səviyyələr kursun dəyişməsi zamanı daha böyük dəstək və ya müqavimət göstərə bilirlər.

Fibonaççi səviyyələri ilə nəinki mümkün korreksiya hədəflərini, həmçinin də trendin davam etdiyi halda mümkün hədəfləri müəyyən etmək imkanı verir –bunlar 161.8%, 261.8% və 423.6% Fibonaççi səviyyələridir.

Müqavimət, dəstək səviyyələrinin və Fibonaççi səviyyələri üzrə hədəflərin müəyyən edilməsi,

Avro dollar cütündə 61.8% Fibonaççi səviyyəsinə doğru korreksiyadan sonra, valyutanın kursu artmağa davam edir və 100% Fibonaççi səviyyəsini kəsir, bu da avtomatik olaraq dəstək səviyyəsinə çevrilir. Müvafiq olaraq yüksələn trendin növbəti hədəfi 161.8% Fibonaççi səviyyəsi olur.

Valyuta kursu həmin səviyyəyə çatdıqda, növbəti korreksiyanı müşahidə etmək olardı, bu korreksiyanın başa çatmasında və 161.8% Fibonaççi səviyyəsini kəsdikdən sonsa, valyuta kursu ikinci hədəfə 261.8% səviyyəsinə doğru yüksəldi.

Beləliklə nəticə çıxaraq. Fibonaççi səviyyələrinin köməyi ilə treyder müəyyən edə bilər:

  • korreksiyanın mümkün hədəfləri
  • trndin davamının mümkün hədəfləri
  • güclü müqavimət səviyyələri
  • güclü dəstək səviyyələri


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.