2018-ci ildə Azərbaycanda iqtisadi artım sürətlənəcək.
Bu barədə “Fitch” beynəlxalq reytinq agentliyinin yaydığı “Fitch – 2018 Proqnoz: MDB ölkələri və Gürcüstan bankları” adlı hesabatında deyilir.
Buna baxmayaraq, “Fitch” qeyd edir ki, bank sektorunun aktivlərinin keyfiyyətinə olan təzyiqlərin davam etməsi fonunda sektor üzrə proqnoz neqativ olaraq qalır.
Hesabatın müəllifləri qeyd edir ki, Azərbaycan banklarının reytinq üzrə proqnozunun “stabil” olması onların reytinqinin aşağı səviyyədə olmasını əks etdirir.