5 C
Baku
Bazar ertəsi, Yanvar 24, 2022

FIFA-dakı korrupsiya işinin həlli üçün 80 milyon ABŞ dolları ayrıldı

FIFA-dakı korrupsiya mexanizmində bankarın rolu ilə bağlı istintaqı başa çatdırmaq üçün İsveçrənin “Julius Baer” bankı ABŞ Ədliyyə Nazirliyi ilə razılığa gəlib.

Bankın rəsmi saytı xəbər verir ki, bunun üçün təqribən 80 milyon ABŞ dolları vəsait ayrılıb.

Bildirilib ki, bu məbləğ 2020-ci ilin maliyyə nəticələrini aradan qaldırmaq üçün nəzərdə tutulub. Yaxın gələcəkdə məsələ ilə bağlı yekun qərar veriləcək.

Qeyd edək ki, 2015-ci ildə FIFA-nın bir neçə yüksək vəzifəli məmuru həbs olunub. Onlar korrupsiya, fırıldaqçılıq və çirkli pulların yuyulmasında ittiham olunurlar.

Mənbə:Report
Son xəbərlər
Oxşar xəbərlər