24 C
Baku
Şənbə, Sentyabr 18, 2021

FIFA dörd azərbaycanlı futbolçuya ödəniş edəcək

Screen Shot 2021 09 02 at 14.34.20

FIFA klublarında əmək haqqı ala bilməyən dörd azərbaycanlı futbolçuya dəstək olacaq

Bu barədə ali futbol qurumunun Futbolçular Fondunun açıqladığı hesabatda bildirilir. Lakin həmin futbolçuların adları və alacaqları məbləğ göstərilməyib.

Maliyyə dəstəyi almaq üçün 2015-ci ilin iyulundan 2020-ci ilin iyununadək hüquqları pozulmuş futbolçular müraciət ediblər. Ümumilikdə 36 ölkədən 109 klubun 1 089 futbolçusundan ərizə verilib və 1 005-i təmin olunub. Azərbaycandan olan dörd müraciətin hamısı müsbət cavablandırılıb. FIFA ödənişlərə ümumilikdə 16 milyon ABŞ dolları ayırıb. Həmin məbləğ 2022-ci ilin sonunadək veriləcək.

Müraciət sayında ilk “3-lük”də Yunanıstan (291), Malayziya (147) və Türkiyə (117) qərarlaşıb. Ən çox ödəniş isə Yunanıstan (1,36 milyon dollar), Türkiyə (692 min dollar) və Rusiyaya (566 min dollar) veriləcək.

Qeyd edək ki, yardım alan futbolçuların klublarının ya ödəniş qabiliyyətləri olmayıb, ya da həmin klublar peşəkar səviyyədə çıxışlarını başa vurub.

Screen Shot 2021 09 08 at 14.27.09
Mənbə:Report
109,597AzarkeşlərKimi
Son xəbərlər
360x380 1
Oxşar xəbərlər