FIFA 2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarından sonra “Stad de Frans” stadionunun alınması ilə bağlı tenderdə iştirak edəcək.
Ali futbol qurumunun prezidenti Canni İnfantino fevralın 15-də ölkə prezidenti Emmanuel Makronla məsələni müzakirə edib.
Bildilirilib ki, təcavüz qalmaqalından sonra istefa vermiş Fransa Futbol Federasiyasının sabiq prezidenti Noel Le Qrey FIFA-ya ölkə hakimiyyəti ilə danışıqlarda köməklik göstərəcək.
Qeyd edək ki, 1998-ci ildə istifadəyə verilmiş “Stad de Frans”ın dəyəri 600 milyon avro olaraq qiymətləndirilir. Arena 2024-cü ildə olimpiadada istifadə ediləcək.