FİFA hakimlərinin qazancı açıqlandı

FİFA hakimlərinin beynəlxalq oyunlardakı qonorarlarının məbləği açıqlanıb. Məlumatına görə, UEFA öz konfederasiyasına daxil olan ədalət təmsilçilərinin qazancını artırıb.

Belə ki, artıq referilər 6 min avro da qazana bilər. Bu, yalnız elit kateqoriyalı referilərin baş hakim kimi idarə etdiyi matçlara aiddi. Ümumiyyətlə, hakim qonorarları onların UEFA kateqoriyasından asılıdı.

Lakin 2016/17 mövsümündən tətbiq olunacaq yeni qonorar sistemi Azərbaycan hakimlərinin də qazancına təsir etməyəcək. Çünki bu artım yalnız elit və 1-ci kateqoriyalı hakimlərə aiddi. Bu ilin qışında kateqoriyalar açıqlananda baş hakimlərimizdən Əliyar Ağayev 2-ci, Rəhim Həsənovla Orxan Məmmədov 3-cü kateqoriyaya daxil idi.

 

Qeyd edək ki, UEFA bütün təyinat verdiyi hakim, hakim-inspektor və nümayəndələrə 200 avro gündəlik xərclik ödəyəcək.

Hakimlərin beynəlxalq oyunlar üçün qonorarları

kateqoriya Baş hakim Yan xətt hakimi Dördüncü hakim Əlavə hakim
Elit 6000 1800 900 1800
1-ci 3700 1100 555 1100
2-ci 1300 390 195 390
3-cü 1200 360 180 360
Elit, qadlnlar 900 270 270
1-ci, qadlnlar 700 210 210
2-ci, qadlnlar 500 150 150
3-cü, qadlnlar 350 105 105

Qeyd: Qadın dördüncü hakimlərin qonorarı dəqiqləşməyib.

APA Sport

Son xəbərlər
Digər xəbərlər