1 C
Baku
Sunday, February 25, 2024

FIFA öz klublarından maaş ala bilməyən futbolçular üçün fond yaradacaq

FIFA və Beynəlxalq Peşəkar Futbolçular Federasiyaları Assosiasiyası (FIFPro) keçmişdə və hazırda öz klublarından maaş ala bilməyən futbolçular üçün fond yaradacaq.

FIFA fond üçün 16 milyon dollar vəsait ayırıb. Bu məbləğ 2022-ci ilə qədər fondun büdcəsinə köçürüləcək.

Bundan başqa, qurum oyunçulara 2015-ci ilin iyul ayından 2020-ci ilin iyun ayına qədər məvaciblərini qorumaq məqsədi ilə əlavə 5 milyon avro ayıracaq.

Qiymətləndirmə və qrant ayrılmasına nəzarət üçün FİFA və FİFPro nümayəndələrindən ibarət xüsusi komitə fəaliyyət göstərəcək.

©Report

Son xəbərlər
Digər xəbərlər