FİFA prezidenti Canni İnfantino yeni növ koronavirusa (COVID-19) yoluxub.
“Sputnik”in verdiyi xəbərə görə, bu barədə qurum açıqlama yayıb.
FİFA-nın yaydığı məlumatda bildirilir ki, İnfantinonun koronavirus analizinin nəticəsi müsbət çıxıb və o, özünü təcrid edib. FİFA prezidenti 10 gün karantində qalacaq. Bildirilib ki, hazırda onda xəstəliyin yüngül simptomları var.