Kredit əldə etmək istəyən müştərilər bankların kredit məhsullarını müqayisə edərkən bir çox hallarda yalnız illik faiz dərəcələrinə nəzər yetirir və seçim olaraq daha aşağı faizi təklif edən bankları seçirlər. Lakin müştərilər banka yaxınlaşdıqda bir çox hallarda bankların saytlarında və reklamlarında qeyd edilməyən digər xərclərin (komissiya, sığorta və s.) də mövcudluğunu başa düşürlər. Bəs çıxış yolu nədir? Daha dəqiq müqayisə aparmağımız və kreditə görə itirəcəyimiz məbləği hesablamaq üçün bizə illik faiz dərəcəsindən əlavə hansı məlumatlar lazımdır? Dəqiq hesablamanı necə aparmaq olar? – Bütün bu suallara cavab tapmaq və rahat müqayisə aparmaq üçün FİFD göstəricisindən istifadə edilir.

FIFD (faktiki illik faiz dərəcəsi)  – kredit məhsulu üzrə təklif edilən faiz dərəcəsi ilə yanaşı müştəridən tələb olunan əlavə xərcləri (komissiya, sığorta və s.) də nəzərə alınmaqla məcmu faiz dərəcəsidir. Bu dərəcə bankların təklif etdikləri kredit məhsulları üzrə müqayisənin aparılmasını təmin edən əsas göstəricidir.

Hal-hazırda demək olar ki, əksər Banklarımızda nağd pul kreditləri təklif edilir. Banker.az monitorinq qrupu olaraq banklarla əlaqə saxladıq və 12 ay müddətə 1000 AZN kredit götürəcəyimiz təqdirdə hansı əlavə xərclərlə qarşılacağımızı dəqiqləşdirdik. Banklardan verilən məlumata və FİFD-in hesablanması düsturuna əsasən aşağıdakı nəticələri Sizlərə təqdim edirik. Xüsusilə qeyd etmək istərdik ki, bəzi banklarda aktiv olan kampaniyalar çərçivəsində təklif edilən şərtlərlə standart şərtlər arasında fərqlər formalaşır və biz cari tarixə (06.07.2017) olan təkliflər üzərindən araşdırma aparmışıq. Bu şərtlər bəzi banklarda kampaniya şərtləri bəzilərində isə standart şərtlər ola bilər.

Bankİllik faiz dərəcəsiKomissiyaSığorta xərciFİFDKampaniya yoxsa Standart şərt?
AccessBank29%1%Yoxdur31%Standart şərt
AFB Bank30%1%Yoxdur32%Standart şərt
Amrahbank21%1%Yoxdur23%Kampaniya
Atabank23% – 24%1.8%Yoxdur26,6% – 27,6%Standart şərt
Azər – Türk Bank19%1%Yoxdur20.9%Standart şərt
Bank BTB30% – 32%2%Yoxdur34% – 36%Standart şərt
Bank of Baku23% – 26%2%Yoxdur27% – 30%Kampaniya
Bank Respublika22%1%Yoxdur24%Kampaniya
Bank VTB28%2%Dəyişkəndir26% (sığorta nəzərə alınmadan)Standart şərt
Expressbank20%1%Yoxdur21,9%Standart şərt
YapıkrediBank18% – 25%1.5%Dəyişkəndir20.9% – 28%Standart şərt
NBC Bank23%3%Yoxdur29%Kampaniya
Nikoil Bank27%2%Yoxdur31%Standart şərt
Rabitə Bank22%1%1%25.9%Standart şərt
Turanbank24%1%

(min.20 AZN)

Dəyişkəndir26% (sığorta nəzərə alınmadan)Standart şərt
Unibank23% – 28%2%Yoxdur27% – 30%Standart şərt