14 C
Baku
Friday, November 22, 2024
Home Maliyyə xəbərləri Bank xəbərləri FIFD nədir, necə hesablanır və bankların təklif etdikləri nağd kreditlərdə FİFD nə qədərdir?

FIFD nədir, necə hesablanır və bankların təklif etdikləri nağd kreditlərdə FİFD nə qədərdir?

0
FIFD nədir, necə hesablanır və bankların təklif etdikləri nağd kreditlərdə FİFD nə qədərdir?

Kredit əldə etmək istəyən müştərilər bankların kredit məhsullarını müqayisə edərkən bir çox hallarda yalnız illik faiz dərəcələrinə nəzər yetirir və seçim olaraq daha aşağı faizi təklif edən bankları seçirlər. Lakin müştərilər banka yaxınlaşdıqda bir çox hallarda bankların saytlarında və reklamlarında qeyd edilməyən digər xərclərin (komissiya, sığorta və s.) də mövcudluğunu başa düşürlər. Bəs çıxış yolu nədir? Daha dəqiq müqayisə aparmağımız və kreditə görə itirəcəyimiz məbləği hesablamaq üçün bizə illik faiz dərəcəsindən əlavə hansı məlumatlar lazımdır? Dəqiq hesablamanı necə aparmaq olar? – Bütün bu suallara cavab tapmaq və rahat müqayisə aparmaq üçün FİFD göstəricisindən istifadə edilir.

FIFD (faktiki illik faiz dərəcəsi)  – kredit məhsulu üzrə təklif edilən faiz dərəcəsi ilə yanaşı müştəridən tələb olunan əlavə xərcləri (komissiya, sığorta və s.) də nəzərə alınmaqla məcmu faiz dərəcəsidir. Bu dərəcə bankların təklif etdikləri kredit məhsulları üzrə müqayisənin aparılmasını təmin edən əsas göstəricidir.

Hal-hazırda demək olar ki, əksər Banklarımızda nağd pul kreditləri təklif edilir. Banker.az monitorinq qrupu olaraq banklarla əlaqə saxladıq və 12 ay müddətə 1000 AZN kredit götürəcəyimiz təqdirdə hansı əlavə xərclərlə qarşılacağımızı dəqiqləşdirdik. Banklardan verilən məlumata və FİFD-in hesablanması düsturuna əsasən aşağıdakı nəticələri Sizlərə təqdim edirik. Xüsusilə qeyd etmək istərdik ki, bəzi banklarda aktiv olan kampaniyalar çərçivəsində təklif edilən şərtlərlə standart şərtlər arasında fərqlər formalaşır və biz cari tarixə (06.07.2017) olan təkliflər üzərindən araşdırma aparmışıq. Bu şərtlər bəzi banklarda kampaniya şərtləri bəzilərində isə standart şərtlər ola bilər.

Bank İllik faiz dərəcəsi Komissiya Sığorta xərci FİFD Kampaniya yoxsa Standart şərt?
AccessBank 29% 1% Yoxdur 31% Standart şərt
AFB Bank 30% 1% Yoxdur 32% Standart şərt
Amrahbank 21% 1% Yoxdur 23% Kampaniya
Atabank 23% – 24% 1.8% Yoxdur 26,6% – 27,6% Standart şərt
Azər – Türk Bank 19% 1% Yoxdur 20.9% Standart şərt
Bank BTB 30% – 32% 2% Yoxdur 34% – 36% Standart şərt
Bank of Baku 23% – 26% 2% Yoxdur 27% – 30% Kampaniya
Bank Respublika 22% 1% Yoxdur 24% Kampaniya
Bank VTB 28% 2% Dəyişkəndir 26% (sığorta nəzərə alınmadan) Standart şərt
Expressbank 20% 1% Yoxdur 21,9% Standart şərt
YapıkrediBank 18% – 25% 1.5% Dəyişkəndir 20.9% – 28% Standart şərt
NBC Bank 23% 3% Yoxdur 29% Kampaniya
Nikoil Bank 27% 2% Yoxdur 31% Standart şərt
Rabitə Bank 22% 1% 1% 25.9% Standart şərt
Turanbank 24% 1%

(min.20 AZN)

Dəyişkəndir 26% (sığorta nəzərə alınmadan) Standart şərt
Unibank 23% – 28% 2% Yoxdur 27% – 30% Standart şərt