25 C
Baku
Saturday, July 5, 2025

“Figma” IPO üçün müraciət edib

Onlayn qrafik redaktor kimi başlayan və bulud əsaslı birgə inkişaf xidmətinə çevrilən “Figma” Nyu-York Birjasında IPO üçün müraciət edib. Təfərrüatlar hələ də qeyri-müəyyəndir, lakin ekspertlər şirkətin 1.5 milyard dollar cəlb edə biləcəyini və bu ilin ən böyük texnoloji IPO-ya çevriləcəyini söyləyirlər.

IPO-ya hazırlaşarkən “Figma” maliyyə hesabatlarını açıqlayıb. Keçən il gəlir 48% artaraq 749 milyon dollara çatıb, şirkətin 450 minə yaxın müştərisi var ki, onlardan mindən çoxu hər biri ildə 100 min dollar gəlir gətirir. 2024-cü ilin sonunda şirkət aşağı borc yükü ilə mənfəətə qayıdıb — bu ilin birinci rübündə 45 milyon dollar.

2022-ci ildə “Adobe” “Figma”nı 20 milyard dollara almaq istəyirdi, lakin Avropa tənzimləyicilərinin müqaviməti səbəbindən razılaşma baş tutmayıb. Keçən il xidmət səhmlərin tender satışı üçün özünü 12.5 milyard dollar dəyərində qiymətləndirib.

IPO üçün hələ heç bir qiymətləndirmə yoxdur, investorlar “Adobe”nin təklifini rəhbər tutacaqlar. Keçən illər ərzində güclü rəqiblər (“Adobe XD”, “Framer”, “Sketch”) meydana gələsə də,  “Figma” hələ də kollektiv iş sahəsində onlardan öndədir.

Son xəbərlər
Digər xəbərlər