24 C
Baku
Friday, September 5, 2025

“Figma”nın səhmləri IPO-dan sonra ilk rüblük hesabat fonunda 15% ucuzlaşıb

Dizaynerlər üçün proqram təminatı hazırlayan “Figma” şirkətinin səhmləri 3 sentyabr axşam ticarətində 15.2% ucuzlaşıb. Ticarətin bağlanışı zamanı qiymət 68.13 dollar (+3.9%) təşkil edib. CNBC yazır ki, kəskin enişin səbəbi “Figma”nın 2025-ci ilin ikinci rübü üzrə hesabatı olub.

İkinci rübdə “Figma”nın gəlirləri illik müqayisədə 41% artaraq 249.6 milyon dollara çatıb. Bu göstərici CNBC-nin məlumatına görə LSEG analitiklərinin konsensus-proqnozunu (248.8 milyon dollar) bir qədər üstələyir. Xalis mənfəət 846 min dollara təşkil edib, halbuki ötən il eyni dövrdə 827.9 milyon dollar zərər qeydə alınmışdı.

“Figma”nın düzəldilmiş əməliyyat mənfəəti öz proqnoz diapazonunun yuxarı həddinə yaxın olub — 11.5 milyon dollar (proqnoz 9–12 milyon dollar). Şirkət 2025-ci ilin yekunları üzrə bu göstəricini 88–89 milyon dollar səviyyəsində, gəlirlərini isə 1.02 milyard dollardan bir qədər çox proqnozlaşdırır. Bu, illik müqayisədə təxminən 37% artım deməkdir və analitiklərin 1.01 milyard dollar gözləntisini üstələyir, CNBC qeyd edir.

“Figma” IPO-nu iyulda keçirib və 1.2 milyard dollar cəlb edib. İlk ticarət günündə səhmlər 250% bahalaşmışdı. Hazırda “Figma”nın səhmləri IPO qiymətindən 106% yuxarı səviyyədə ticarət olunur.

Son xəbərlər
Digər xəbərlər