7 C
Baku
Thursday, December 12, 2024

Fikri problemə deyil, onun həllinə yönəlt

Bu problemin həlli ondadır ki, bu vahiməli narahatlıq həlqəsini qırmaq lazımdır ki, siz baxıb görə biləsiniz (baxıb da, heç nə görə bilməməkdən fərqli olaraq) və özünüzü tapşırıq üzərində konsentrasiya edəsiniz (konsentrasiya olunmaq üzərində konsentrasiya olmaqdan fərqli olaraq). Yaddan çıxarmayın ki, biz səhvsiz (səhvdən kənar) bir dünyada yaşamırıq, mən Nyu-Yorkun Times jurnalının başlıqlarında səhvlərə rast gəlirəm, təzəcə peşəkarlar tərəfindən nəşr edilmiş kitabda səhvlər tapmaq olur, adi və mürəkkəb riyazi məsələlərdə də səhvlər olur. Bu o deməkdir ki, mən inanıram ki, siz öz işinizin nəticələrini yaxşılaşdırıb, daha çox özünəinam qazana bilər, həm də özünüzü qat-qat daha yaxşı hiss edə bilərsiniz.

Burada sizə narahatlığı azaltmaq və öz konsentrasiyanızın keyfiyyətini yüksəltməyə kömək edəcək bəzi strategiyaları təqdim etmək istərdim.

Tapşırıq üzərində diqqəti konsentrasiya etməyə əngəl olan narahatlığı digərlərindən seçməyi, onu fərqləndirə bilməyi öyrənin. Öz bədəninizə qulaq asın. Məsələn, diqqətinizi konsentrasiya etməyə çalışanda, sizin ürək nəbziniz yüksəlirmi? Sizə istilik gəlmir ki? Öz düşüncələrinizə qulaq asın. Siz, özünüzə deməyə başlayırzınız ki, daha güclü konsentrasiya ol? Siz özünüzə deyirsiniz ki, heç bir səhvə yol vermə? Bəs, siz özünüzə deyirsiniz ki, tələs? Bəs siz, fikrinizi pozitiv şeylər əvəzinə, neqativlər üzərində cəmləyirsinizmi?

Yerinizi rahat edin və özünüzə deyin ki, narahatlıq yola düşüb, artıq çatmaq üzrədir. Şüurlu şəkildə rahatlanmağı öyrənin. Dərindən, ciyərlərinizi təmizləyəcək şəkildə nəfəs alın. Diqqət yetirin ki, əzələləriniz boşalsın, əvvəlcə onlar gərginləşdirin, sonra isə boşalmasına imkan verin. Siz eyni zamanda həm gərgin, həm də rahat ola bilməzsiniz. Yumşaq şəkildə özünüzə xatırladın ki, fikrinizi tapşırıq üzərində cəmləməlisiniz və digər fikri yayındırıcı amillərə gəlib-getməyə icazə verin. Fikir yayındırıcı amillərə qarşı mübarizə aparmamağa çalışın, sadəcə onlar ilk baxışdan tanımağı öyrənin və onların sizdən uzaqlaşmasına icazə verin.

* Yaxşı işləmək vərdişləri formalaşdırın və öz işinizi mütəşəkkil qurun. Müəyyən vaxt ərzində diqqətinizi yalnız bir iş üzərində cəmləyin. Yalnız rutin xarakteri almış və hər gün təkrarlanan tapşırıqların həllində bir neçə işi eyni anda etmə qabiliyyətindən istifadə edin. Hansı yazı və ya problem həlli sistemlərinin sizin üçün daha yaxşı işlədiyini öyrənin. Məsələn məqalə yazarkən, ilkin planın olması sizə kömək edir, ya əksinə? Məsələn, siz tez-tez qısa fasilələr lazım olurmu? Siz həmçinin bir neçə hissəli tapşırıq üzərində işləyirsinizsə, tapşırıqları əhəmiyyət dərəcəsinə görə sıralayıb ondan istifadə edə bilərsiniz, belə bir sistem sizə kömək edə bilərmi? Öz tapşırığınıza hazır olun: araşdırma edin, zəruri materialları öncədən toplayın. Öz iş yerinizdə səliqə-sahman yaradın, təmizkarlığa fikir verin. Özünüzdən sonra yır-yığış aparın, tör-töküntüyə yol verməyin

* Vaxtınızı idarə edin. Tapşırığı sona yetirmək üçün mümkün qədər çox vaxt ayırın. Tələskənlik və təcililik hissi narahatlıq və səhvlərin birinci növbəli reseptidir. Özünüz üçün vaxt sərhədləri, həmçinin fasilə müddətləri müəyyən edin.

* Psixoloji cəhətdən özünüz üçün işləyirmiş kimi davranın, sanki özünüz özünüzə müdirsiniz. Özünüz haqqında öz bossunuz kimi düşünün. Keyfiyyət, qüsursuz, səhvdən uzaq bir iş yaratmağa qərar verin, çünki işin səhvsiz görülməsi sizin öz marağınızadır. Belə olduqda, siz başqa insanların nə düşünəcəyi və nə deyəcəyi haqda daha az narahat olacaqsınız, əlbəttə ki, bununla sizə narahatlıq gətirən amilləri azaldacaqsınız.

* İşdəki səhvləri yoxlayarkən, ya da yazdığınız mətnin səhvlərini axtararkən, konkret nə axtardığınızı qəti müəyyən edin. İşi sadəcə vərəqləmək lazım deyil, ya da mətni sadəcə gözdən keçirmək əbəsdir.

* Yoxlayacağınız hissələri ayırın. Məsələn əgər, hər hansı bir mətndə orfoqrafik səhvləri müəyyən etməyə çalışırsınızsa, bir sətri yoxlayarkən, digər sətirlərin görünməsinə imkan verməyin. Onların üstünü örtün. Hər bir sözü ayrılıqda, individual şəkildə oxuyun.

* Kömək üçün müraciət edin. Mən sizin işinizin xarakterini bilmirəm, ona görə də sizin işinizdəki səhvləri yoxlaya biləcək başqa bir adamın olub-olmamasını müəyyən etmək mənə çətindir, əgər belə bir etibarlı insan varsa, ondan kömək istəməyiniz yaxşı olardı. Əgər belə bir imkanınız varsa və kiməsə bunu etibar edirsinizsə, ona sizin üçün nə etməsini deyərkən problemi qəti müəyyənləşdirin – qrammatikanı və ya hərf səhvləri yoxlamaq, mətnin məzmununu və ya quruluşunu yoxlamaq, əlavələri, ixtisarları və ya riyazi hesablamalardakı səhvləri, rəqəmlərin uyğunluğunu və s yoxlamaq və s.

Əsas odur ki, probleminizi tanıya bilə və onu həll etmək istəyəsiniz.

Son xəbərlər
Digər xəbərlər