2 C
Baku
Saturday, December 14, 2024

Fikrin cəmləşdirilməsi qabiliyyətinin inkişafı

Müəllif: çex tədqiqatçısı, tibb doktoru Ota Qreqordur (Ota Gregor) (1916-2006)

Siz bu, nisbətən sadə fikir cəmləşdirilməsi üsuluna yiyələndiyiniz və onu qənaətbəxş səviyyədə mənimsədiyiniz halda, diqqətinizi tələbatdan asılı olaraq “əmrə” uyğun cəmləşdirə bilərsiz.

Siz bunu harada və nə vaxt istəsəniz: maşında, metroda yaxud işdə nahar fasiləsi zamanı edə bilərsiz.   Hər bir qısa pauzaları bütün gün ərzində psixi təlimlər üçün və əsəb sistemini sakitləşdirmək üçün müvəffəqiyyətlə istifadə etmək olar. 

Fikri cəmləşdirə bilməmək stresslə sıx əlaqədə olan faktordur. Sizin fikrinizi cəmləşdirməyə bilməməyiniz səbəbindən ancaq vaxtınızı deyil, qüvvənizi də boş sərf etdiyiniz haqqında bir neçə misal göstərək. İnsanların çoxu bunun nə qədər yorucu olduğunu təsəvvür etmirlər. Təsəvvür edək ki, siz televizora baxırsız və ekranda hadisələri müşahidə edərək eyni zamanda kiminləsə danışırsız. Yaxud siz məktub yazırsız, lakin fikirləriniz bu yaxınlarda baş vermiş hadisələrə qayıdır yaxud gələcək işlərə doğru gedir…

Digər misal. İşləyən qadınların çoxu ailədə üç funksiya: evdar xanım, həyat yoldaşı və ana funksiyalarını yerinə yetirirlər.  Bu funksiyaların hər biri qadından fikirini cəmləşdirməyi, yüksək diqqət və fədakar olmasını tələb edir. Bu üç funksiyalardan hər biri həmin anda yerinə yetirilən fəaliyyətdən diqqəti ayıran və stress vəziyyətin baş verməsi qabiliyyətində olan bir sıra impuls yaradır.

Çox saylı fikri bir yerə toplaya bilməmək halı əmələ gəlir.  Qadınlar bu üç funksiyanın eyni zamanda yerinə yetirilməsi üçün daima vaxtın, imkanların, gücün çatmadığını yaxşı bilirlər. Qadın işdə çox vaxt fikrini toplaya bilmir, çünki daim olmasa da, fikrində hərdənbir uşaqlara, görüləsi ev işlərinə, lazım olan şeylərin alınmasına qayıdır.  Hər gün bu işlərin öhdəsindən gəlmək sonda psixi yorğunluğa gətirib çıxarır.

Qadın ev təsərrüfatı ilə gündə orta hesabla 4,5 saat, kişi isə ancaq 45 dəqiqə məşğul olur (yaxud heç məşğul deyil). Sosioloji tədqiqatların nəticəsi belədir. İşləyən qadınların boş vaxtı kişilərdən 50% azdır, eyni zamanda onların işdən azad vaxtları eynidir.

Adi gününüzü xatırlayın və onu səhərdən axşama kimi analiz edin. Analiz zamanı fikri cəmləşdirilə bilməmək probleminə diqqət yetirin. Məsələn, səhər tezdən siz tələsərək səhər yeməyi yeyirsiz yaxud hər hansı bir işi görə-görə  nə isə yeyirsiz. İşdə siz bir əlinizlə telefonu tutursuz digəri ilə isə nə isə yazırsız yaxud kağızları vərəqləyirsiz. Səhər müşavirəsi də istisna olunmur…

Ola bilsin ki, siz hətta fikrinizin cəmləşməməsinin nə qədər stressli olduğunu, onun nə qədər sizin daxili enerjinizinin “israf” etdiyini və bunun nəticəsi kimi orqanizmin fiziki və psixoloji yorulmasına gətirdiyini təsəvvür etmirsiz. Axşama artıq yorğunluq və daxili boşluq özünü göstərir. Fikri sizin etdiyinizin yaxud etmək istədiyinizin üzərində cəmləşdirmək qabiliyyətsizliyi bu halın əsas səbəblərindən biridir. Belə misalları çox gətirmək olar.

Ola bilər ki, siz belə xəstəliyin əziyyətini çəkməyən adamlar tipinə aidsiz. Ehtimal edək ki, siz aktiv fəaliyyət mərkəzində olaraq və eyni zamanda bir neçə iş görərək (yaxud görməyi çatdıraraq) özünüzü balıq suda hiss etdiyi kimi hiss edən adamlardansız. Yaxud əksinə, siz etdiyiniz üzərində fikirinizi çox yaxşı cəmləşdirə bilirsiz; sizin fikirləriniz və hissləriniz ”dolaşmır”, ikinci dərəcəliyə yaxud lazımsız nəyə isə yayınmır.   Lakin siz unutmamalısız, elə hal ortaya çıxa bilər ki siz hər hansı səbəbdən fikirinizi cəmləşdirmək qabiliyyətində olmağınız çətin ola bilər və siz müsbət effekti əldə etmək üçün nə isə etməyin lazım olduğunu hiss edə bilərsiz. Bu halda fikri cəmləşdirən məşğələlər əvəzolunmazdır.

Fikrin cəmləşdirilməsi üçün məşğələlər (yerinə yetirilməsi metodikası)

Burada biz fikrin cəmləşdirilməsi üçün gün ərzində hər bir yerdə yerinə yetirə biləcəyiniz məşğələlər təklif etmək istəyirik. Başlanğıc üçün evdə məşğul olmaq daha yaxşı olar: səhər tezdən, işdən əvvəl yaxud axşam yatmazdan əvvəl yaxud dərhal işdən sonra.  Burada heç bir “təkidlə” olan məsləhətlər ola bilməz, hər kəs məşğul olmaq üçün özünə daha rahat olan vaxtı seçir.   Beləliklə başlamağa çalışın!

1. Məşğul olmağı nəzərdə tutduğunuz otaqda heç kimin sizə mane olmamasına çalışın.  .

2. Stula əyləşin. Əgər stulun arxası varsa, ona söykənməmək üçün stula yandan əyləşin. Daha bir şərt: stul heç bir halda yumşaq oturacaqlı olmamalıdır, əks halda məşğələnin effektivliyi azalacaq.  İstədiyiniz vəziyyətdə mümkün qədər rahat əyləşin, əsas odur ki, siz müəyyən qədər uzun vaxt müddətində hərəkətsiz qala biləsiniz.

3. Əllərinizi dizinizin üstünə qoyun, gözlərinizi yumun. Diqqətinizin kənar əşyalara yayınmaması üçün gözləriniz məşğələnin sonuna kimi yumulu vəziyyətdə qalmalıdır, heç bir vizual məlumat olmamalıdır!

4. Gərginləşmədən burun vasitəsi ilə nəfəs alın. Ancaq nəfəs aldığınız havanın nəfəsi verdiyiniz havadan soyuq olduğu üzərində diqqətinizi cəmləşdirməyə çalışın.

5. İndi isə fikri cəmləşdirmək üçün iki variant məşğələlər:

a) fikri hesabda cəmləşdirmə. Fikrinizdə asta-asta 1-dən 10-a kimi sayın və bu asta sayda fikrinizi cəmləşdirin. Əgər hansısa bir anda fikirləriniz yayınmağa başlasa və siz saymaqda fikrinizi cəmləşdirmək qabiliyyətində olmasaz, yenidən saymağa başlayın. Saymağı bir neçə dəqiqə ərzində təkrar edin.

b) fikri sözdə cəmləşdirmə. Sizdə müsbət emosiyalara səbəb olan yaxud hər hansı  xoş xatirələr ilə bağlı olan bir qısa söz seçin (ikihecalı seçsəz daha yaxşı olar). Qoy bu lap sizin sevdiyiniz insanın adı olsun, lap uşaqlıqda valideynlərinizin sizi çağırdığı ad da ola bilər. Əgər söz ikihecalıdırsa, bu halda birinci hecanı fikirinizdə nəfəs alan zaman, ikincini nəfəs verdiyiniz zaman deyin. Bundan sonra fikirinizi cəmləşdirdiyiniz zaman “personal şüarınız” olan “öz” sözünüzdə fikrinizi cəmləşdirin. Tək sözdə özünəməxsus, təhtəlşüurlu fikir cəmləşdirilməsi. Məhz belə fikir cəmləşdirilməsi arzu olunan əlavə nəticəyə, beyin fəaliyyətinin tam rahatlaşmasına, lokal fikir cəmləşdirilməsinə və tam rahatlaşmaya gətirib çıxarır.

6. Bir neçə dəqiqə ərzində relaksasiya -ı fikir cəmləşdirən məşqlər yerinə yetirin. Vaxt məhdud deyil: bunun sizə xoş olduğu qədər və sizin məşq etmək xoşunuza gəlincə məşğul olun.

7. Məşğələni bitirdikdən sonra, əllərinizi göz qapaqlarına çəkərək gözləriniz tələsmədən açın və  dartının.

8. Daha bir neçə an stulda sakit əyləşin. Düşünün ki, siz huşsuzluq üzərində qələbə çaldız.

Siz öz təcrübənizdən bilirsiz ki, fikir cəmləşdirilməsi zamanı başınıza həyasızcasına daxil olan (əsasən də əvvəl) kənar fikirləri qovmaq necə çətindir. Belə hal yəqin ki, hər kəslə baş verir. Yadınıza salın ki, məsələn uşaqlıqda minə qədər saydıqda siz neçə dəfə sayı itirirdiz. Başlamaq həmişə çətindir, bu səbəbdən təslim olmaq lazım deyil. Məşq etmək, məşq etmək və yenə də məşq etmək lazımdır. Ancaq keçildiyinin daimi təkrar olunması çətinliklərə üstün gəlmək üçün kömək edə bilər.

Fikir cəmləşdirilməsi qabiliyyəti, yəni fikir cəmləşdirilməsi eyni olaraq rahatlaşmaq bacarığı kimi sağlamlığın qorunmasına səbəb olan autotənzimləmə əks stress vasitələri arsenalına daxildir.

***
Yəqin ki, sizdə kimin isə soy adını yaxud hər hansı bir fikrinizi xatırlamamaq kimi hallar baş vermişdir. Yaxud siz otağın, dəhlizin mərkəzində nəyin isə arxasınca getdiyinizi yaxud nə etmək istədiyinizi xatırlamağa cəhd edərək özünüzü itirmiş vəziyyətdə qalmısız.  Məhz belə hallarda “öz” sözünüz yaxud hesabınız üzərində qısa müddətli “əmr” üzrə fikirin cəmləşdirilməsi məsləhət görülür. Çox hallarda yaddaşınızdan “çıxmış” söz (yaxud fikir) bir andan sonra fikirinizə gələcək.

Əlbəttə ki, bunun hər zaman mütləq alınmasına heç bir zəmanət yoxdur. Lakin bir məqamı əminliklə demək olar: sözdə yaxud hesabda fikirinizi cəmləşdirməklə siz yadınızdan çıxanı yaddaşınızı gərginləşdirərək xatırlamağınızla daha tez yadınıza gətirə bilərsiz. Vaxtında “öz” sözünüzü yada salmaq, vaxtında birdən ona kimi saymaq, özünüzün fikir cəmləşdirmək qabiliyyətlərinizi işə salmaq vacibdir. Digər sözlərlə desək, bu sadə üsulun köməyi ilə siz səy göstərməklə özünüzə qalib gəlmək iqtidarındasız. Heç olmasa bunu bir dəfə sınayın və müvəffəqiyyət sizə mütləq yol yoldaşı olacaqdır.

Son xəbərlər
Digər xəbərlər