Bizim bütün fikirlərin gerçəkləşməsi ilə bağlı –deyimlər heç də əbəs yerdə deyil, bu psixoloqlar və alimlər tərəfindən sübut olunmuş faktdır və onlar bunu bir başa olaraq cazibə qüvvəsi ilə izah edirlər.
Əgər yadımıza salmağa çalışsaq hamımız görərik ki, hərdən ağlımıza qəfil gələn fikirlər, bir müddət sonra doğurdan həyata keçib. Məsələn müəyyən kişinin diqqətini cəlb etməyi arzulayan xanım, hiss etməyə başlayıb ki, kişi həqiqətən də ona qarşı diqqətlilik jestləri nümayiş etdirir…
Əgər fikrin gücünə digər tərəfdən yanaşsaq görərik ki, həyatımızdakı bütün bəlaları, çətinlik və xoşagəlməz hadisələri biz özümüz öz həyatımıza cəlb edirik: biz yoxsulluğa görə deyinərək heç vaxt kasıblıqdan yaxa qurtara bilmirik, şəxsi həyatdakı problemlərdən gileylənərək sonda tənha qalırıq; daima sağlamlığımızın zəif olduğu haqqında düşünərək təz-tez xəstəlik və viruslara yoluxuruq və s.
Düzdür, bütün bunları adi təsadüfün də ayağına yazmaq olar, amma… İnsanın təhtəlşüurunu öyrənən alimlər çoxdan belə bir nəticəyə gəliblər ki, bizim fikirlər –özünəməxsus bir maqnit rolunu oynayır, o bizim arzuları özünə çəkir və onları real edir.
Bundan çıxış edərək bəzi alimlər ciddi şəkildə xüsusi metodikaların hazırlanması ilə məşğul oldular, bu metodikaları mənimsəyən insanlar qısa müddət ərzində arzu olunan nəticəyə nail olur: daha çox uğurlu, maddi baxımdan isə daha yaxşı təminatlı olur, karyerada uğur qazanır və xoşbəxt ailə qurur. Bütün bunlar necə baş verir: daha uğurlu olmaq üçün sadəcə daha yaxşı düşünmək və daha yaxşı arzulamaq qaydalarını öyrənmək lazımdır.
Arzularınla ehtiyatlı ol!
Çünki cazibə qanununun birinci qaydası onunla bağlıdır ki, bizim düzgün formalaşdırılmış arzularımız, mütləq yerinə yetir. Düzdür, bu dərhal olmur. Ola bilsin ki, çox qızlar bunu hiss edib, “hər hansı bir oğlan haqqında ümidsiz şəkildə xəyal qurursan, arzu edirsən, gecə gündüz ağlayırsan, uğursuz halda özünə onun diqqətini çəkməyə çalışırsan, oğlan sənə heç fikir vermir”.
Vaxt gəlir, qız artıq oğlana olan marağını itirir, demək olar ki, oğlan onun yadından çıxır və elə onda bir zaman dərdindən öldüyünüz insan yenidən qarşınıza çıxır. Bütün bunlar ona görə baş verir ki, (alimlərin tədqiqatı ilə sübut olunub!) biz cəzbetmə qanuna əsasən həyatımızda sahib olduğumuz şeyləri özümüz ona cəzb edirik. Beləliklə şüur altında arzulan hər bir şey gec ya tez gerçəkləşir.
Bu demək olar ki, həyatın bütün sahələrinə aiddir: sağlamlıq, karyera, maddi rifah, əks cinsin nümayəndəsi ilə olan münasibətlər.
Yadda saxlayın –fikirlər həm də arzularımızdır
Bizim təhtəlşüur qırılmaz şəkildə kainatla bağlıdır. O, bizim fikirləri, bizim arzularımız kimi qavrayaraq, onları qeydə alır. Ən böyük təhlükədə məhz bunda gizlənir. Məsələn qadın tənha olduğu barədə düşüncələr ilə çırpındıqda, kainat bu şikayətləri arzu əvəzinə qəbul edir və bu fikir maddiləşir. Nəticədə illər keçir, namizədlər dəyişir. Yeni sevgilər yaşanır, amma sonda qadın yenə tənha qalır. Çünki o, cazibə qüvvəsinin köməkliyi ilə özü -öz həyatına tənhalığı cəlb etmişdir, başqa cür düşünməyi isə o ya bacarmır ya istəmir, ya da artıq gecdir. Çünki özündə pis şeylər haqqında düşünməmək vərdişini yaratmaq elə də asan deyil. Ona görə ki, əksər insanlar həyatda işlərin düz getməməsinə görə ah-nalə çəkməyi, gücə gündüz ağlamağı daha üstün tuturlar. Onları qoyasan, səhərdən axşama qədər həyatdan gileylənə.
Beləliklə qapalı həlqə yaranır: biz şikayət edirik –Kainat “şikayətləri” arzu olaraq qəbul edir –“arzular” yerinə yetir –biz daha da çox şikayət edirik… Eyni sözü bizim qorxular haqqında da demək olar. Əbəs yerə demirlər ki, “ağlıma gələn, başıma gəldi”, “qorxduğumu başıma gəldi”.
Düzgün düşünün!
Yuxarıda söylənənlər adamı belə bir sual haqqında düşünməyə sövq edir: düzgün düşünməyi necə öyrənmək olar? Necə etmək olar ki, taleyini yaxşıya doğru dəyişəsən və həyatda arzuladığın rifahı əldə edə biləsən? Cavab sadədir: öz arzularını düzgün formalaşdırmağı bacarmaq lazımdır. Bu zaman, köhnə, neqativ fikirlərdən uzaqlaşmaq heç də pis olmaz, axı biz neçə illərdir məhz o fikirlər ilə yaşamağa vərdiş etmişik. Onları köhnə əşya kimi tullamaq, keçmişi yenidən gözdən keçirmək, xoşbəxt gələcəyi müəyyən etmək və bundan sonra yalnız pozitiv amillər haqqında düşünmək lazımdır. Bizim qara çalarlar ilə rənglənmiş fikirlərimiz elə həyatımıza düşmək istəyən işığın qarşısını kəsən əsas maneədir. Bədbin düşüncələr uğursuzluğun əsas təminatıdır. Məhz bu səbəbdən həyatımız problemlər ilə dolu və sevincli perspektivlərdən məhrum olur. Artıq dəyişmək vaxtıdır!
Öz arzularınızı vizuallaşdırın!
Bu fikirlərimizin gerçəkləşdirilməsi baxımından ən çox özünü doğruldan və effektiv metoddur. Arzulan şeyin yerinə yetməsi üçün, sizin nə istəyinizi dəqiq başa düşmək və onu səlisliklə təsəvvür etmək lazımdır. Hətta xırda detalları belə təsəvvür etməkdən çəkinməyin.