10 C
Baku
Friday, December 13, 2024

Fikrin gücü nəyə qadirdir?

20-ci əsrin 50-ci illərində Portuqaliyadan madeyra içkisi ilə dolu şüşələri daşıyan ingilis yük gəmisi Şotlandiyadakı təyinat nöqtəsi olan limana çatır. Dənizçilərdən biri gəminin soyuq yük anbarı yerləşən hissəsinə daxil olur ki, bütün şüşələrin gəmidən boşaldığına əmin olsun. Bu haqda heç nə bilməyən digər bir dənizçi qapını arxadan bağlayır. Sanki qəfəsə düşmüş dənizçi bütün gücü ilə qışqırır və qapıları döyür, amma onun səsinə hay verən tapılmır, gəmi geriyə Portuqaliyaya yola düşür.

Dənizçi həmin məkanda kifayət qədər yemək tapır, amma o bilir ki, soyuq temperaturda uzun müddət yaşaya bilməyəcək. O bir metal parçası götürərək, bütün gücünü anbarın taxta divarlarında cızma-qara etməyə sərf edir. O hər saat keçdikcə divara bir cız çəkir və günlər keçdikcə öz yaşadığı əzab əziyyəti təsvir edirdi. Soyuğun onu necə kəsməsini, bədəninin üşüməsini, əl və ayaq barmaqlarının şaxtadan donub düşməsini, buz kimi soyuq havanın onu necə yandırmasını, yaşadığı dözülməz, dəhşətli ağrıları və s. hər şey ən xırda incəliklərinə qədər təsvir olunurdu.

Gəmi Lissabonda lövbər salanda, kapitan yük bölməsini açır və dənizçinin cansız bədənini tapır. İnsanlar onun divarlarda cızılmış hekayəsini oxuyur. Amma hadisənin ən tükürpədici məqamı heç də bu deyildi. Kapitan anbarın içərisindəki havanın temperaturunu ölçür, termometr 19 dərəcə istilik göstərir. Gəmi geriyə yüksüz qayıtdığı üçün, əslində soyutma sistemi işə salınmamışdı. İnsanın ölüm səbəbi isə o idi ki, o, üşüdüyünü düşünürdü, yəni o elə bilirdi ki, soyutma sistemi işə salınıb və anbarda hava soyumalıdır. O, məhz öz təxəyyülünün qurbanı olub.

Son xəbərlər
Digər xəbərlər