11 C
Baku
Monday, November 25, 2024

Filadelfiya və ABŞ-da daşınmaz əmlak

Filadelfiyanın əsası 17-ci əsrdə qoyulub və ABŞ-ın ən qədimi şəhərlərindən biri hesab olunur. Yüksək həyat səviyyəsi və qiymətlərin nisbətən aşağı olması buraya bir sıra əcnəbiləri və ABŞ-ın digər regionlarından gəlmə əhalinin diqqətini cəlb edir (Nyu-York, Texas, Boston və s.)

Filadelfiyada daşınmaz əmlak Nyu-Yorka nisbətən daha ucuzdur, baxmayaraq ki, onlar arasındakı məsafə qatarla cəmi 1 saat yarım yoldur. Əgər “Böyük alma” şəhərində Premium-sinifdən olan mənzillərin kvadrat metri 21,5 min dollara çatırsa, Filadelfiyada analoji səviyyədən olan mənzillərin kvadrat metri 8 min dollaradır.

Maliyyə böhranın;n ən qaynar dönəmində Filadelfiyada yaşayış evlərinin qiyməti aşağı düşdü, amma indi qiymətlər yenə də yuxarıya doğru qalxaraq 2008-ci il səviyyəsinə çatmışdır. Həmin dövrdə elit daşınmaz əmlak obyektləri orta hesabla kvadrat metri 10,8 min dollara satılırdı.

Göydələnlərin hündürlüyünə görə Filadelfiya nə Nyu-York nə də ki, Çikaqo ilə rəqabətə girə bilməz. Buradakı memarlıq eklektik üslubdadır, lakin bu şəhəri heç də cansıxıcə etmir, şəhərdə taunhauslar geniş yayılıb, həmçinin 17-ci əsrə məxsus tikililərdə vardır

Filadelfiyanın ən prestijli rayonu Rittenhaus və Fitler meydanları ilə əhatə olunmuş şəhərin mərkəzi hesab edilir. Burada kondominiumlar gözəl bir ailəlik evlərlə qonşuluq edir. Yaxınlıqda isə dəbdəbəli mağazalar və restoranlar yerləşir.

Skulkil çayının qərbində yenilənmiş universitet qəsəbəsi yerləşir. South Street-in cənubunda dost abu-havası və aşağı qiymətləri ilə gənc ailələri özünə cəlb edən italyan qəsəbəsi yerləşib.

Qərbdə viktorian dövrü evləri ilə Northern-Libertis rayonu yerləşir. Keçmiş mədəni-irsinə önəm verənlər üçün Elfret-alley-dəki evlər əvəz edilməzdir. Bu ABŞ-ın ən köhnə küçəsidir və burada ilk sakinlər hələ 1702-ci ildə peyda olmuşdu.

Varlı insanlar adətən Delani, Haverford və Winwood kimi ərazilərdən özlərinə münasib ev seçirlər. Köhnə adət-ənənələr şəhərdə yeni binaların inşa edilməsinə əngəl törətmir. Burada son layihə olaraq Rittenhouse Square Street – çox mərtəbəli qüllənin inşa edilməsini göstərə bilərik.

Son xəbərlər
Digər xəbərlər