10 C
Baku
Sunday, December 22, 2024

Filial Meneceri (Mərdəkan, Lökbatan, Sumqayıt, Ağsu, Bala-Bəhmənli (Horadiz, Fizuli), Qovlar (Tovuz), Bərdə, Qaradağ, Qazax, İsmayıllı, Cəlilabad və Şabran (Vijn Fond AzərKredit)

İŞÇININ VƏZIFƏSI:

İdarəetmə sahəsində

  • Heyətin idarə edilməsi ilə bağlı müvafiq təklif və qərarların verilməsi
  • Filialın kredit portfelinin idarə olunması və idarə olunmasına nəzarət
  • Filial üçün prioritetlərin və məqsədlərin tətbiq olunmasına cavabdehlik
  • Filial portfelinin və müştəri  bazasının ən yüksək mümkün keyfiyyətdə saxlanmasına məsuliyyətlilik
  • Xətalı məsələlərin idarə olunmasında cavabdehlilik
  • Problemlərin, risklərin idarə edilməsi, həlli yollarının araşdırılması, həll edilməsinə nəzarət
  • Ümumi hədəf və məqsədlərə təsir göstərə bilən filial əməliyyatları ilə bağlı məsələlərdə Baş Ofis və digər filialları əlaqələndirilməsi
  • Tələb olunan hesabatları dəqiq və vaxtında verilməsi
  • Filialın hədəf və məqsədlərinə nail olmaq üçün işçi heyətini əla və effektiv iş səviyyəsinə can atmasına həvəsləndirmək və ruhlandırmaq
  • Filialın ümumi işi üçün məsuliyyətlilik
  • Filial ştatına işə götürmə və İşçilərin İllik qiymətləndirmə prosesində iştirak
  • Tabeçiliyində olan işçilərdən müvafiq hesabatların  tələb edilməsi
  • Rəhbərlik etdiyi filialların vəziyyətinin təhlil edilməsi, hesabat hazırlanması, təkliflərlə çıxış
  • Yaxşı müştəri xidməti göstərilməsinə həvəsləndirmə üçün bütün işçilər arasında şəxsən nümunə olmaq
  • Təşkilatın xidmətlərinin yaxşılaşdırılması və rəqabətliliyinin təmin edilməsi üçün digər kredit təşkilatlarının daxil olduğu ərazilərdə bazar fəaliyyətinin məlumatlarını öyrənilməsi
  • Filialın nəzdində açılan yeni nümayəndəliklərin inzibati işlərinin təşkilində Regional Menecerə yaxından kömək edilməsi

Maliyyə sahəsində

  • Filialın effektiv  büdcəsini işləmək və planlaşdırmaq
  • VF AzərKreditin məqsədinin qoyulmasında və maliyyə hədəflərində lehinə fəal iştirak etmək
  • Məlumat İnformasiya sistemində müştəri ərizəsi əsasında daxil olunan məlumatları yoxlayaraq təsdiqləmək
  • Məlumat İnformasiya sistemində günlük maliyyə əməliyyatlarını yoxlamaq və təsdiqləmək
  • Filialın nəzdində olan nümayəndəliklərin məlumatlarının təsdiqində iştirak etmək

Nəzarət sahəsində

  • Kredit komitələrinin təşkili, sədrlik  və nəzarəti
  • Bütün kredit verilmə prosesini və müəyyən edilmiş prosedurları nəzarətdə saxlamaq
  • Müştərinin məlumat cədvəlinə və davamlı kreditlər üçün monitorinq səfərlərinə nəzarət və planlaşdırmaq
  • Girov əməliyyatlarının  yerinə yetirilməsinin prosedurlara uyğunluğuna nəzarət etmək
  • Kreditlə bağlı işçilərin, kreditlərin diversifikasiyasına nəzarət və müvafiq tapşırıqlar vermək, bölgüyə nəzarət etmək
  • Filialın tabeçiliyində olan bütün nümayəndəliklərin işinə nəzarət etmək

Digər

  • Kreditlə bağlı tələb olunan sahə səfərlərini təşkil etmək
  • Baş ofis ilə həvəsləndirmə strategiyasının və marketinq planın hazırlanmasında lehinə fəal iştirak etmək
  • Qızıl qəbulu prosesində iştirak edir və qızıl qəbulu və qaytarılması aktlarını şirkət adından imza  və möhürlə təsdiq etmək
  • Ehtiyac olduqda nümayəndəlikləri monitorinq etmək
  • Tələb olunanda rəsmi proseslərdə iştirak etmək
  • Bütün rəftar və hərəkətlərdə nümunəvi iş etikasını, müşahidə olunan dürüstlüyü, şəffaflığı və məxfiliyi saxlamaq
  • VF AzərKredit mühitində bütün işçi heyəti ilə, müştəri və digər şəxslərlə müsbət münasibətlər saxlamaq
  • Təşkilatın Strateji Planına uyğun məqsədlərin əldə olunmasına nail olmaq

TƏLƏBLƏR:

  • İqtisadi və ya idarəetmə sahəsində təhsil
  • Müvafiq biznes, idarəetmə, iqtisadiyyat sahəsində azı 3 il təcrübə
  • Heyətin idarə olunması sahəsində müvafiq bacarıq və təcrübi biliklər
  • Vəziyyəti düzgün qiymətləndirmək və qərar qəbul etmək
  • Ünsiyyət yaratmaq, dinləmək və müşahidə etmək, insanların psixologiyasına bələd olmaq
  • İngilis dilindən müəyyən səviyyəyə malik olmaq
  • Kompüterdə, Outlook, MS Word və Excel proqramlarında işləmək
  • Sürücülük bacarığı

Yuxarıdakı tələblərə cavab verən namizədlərdən xahiş olunur ki, işəqəbul anketlərini dolduraraq 25 may 2014-cü il tarixinədək aşağıdakı e-ünvana göndərsinlər. İşə qəbul anketini http://azercredit.az/az/career/how_to_apply saytından yükləyə və ya AzərKredit-in müvafiq filial ofislərindən əldə edə bilərsiniz.

Müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində göstərin (Ağsu ( və ya Bərdə) Filialına Menecer). Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.

Nəzərinizə çatdırırıq ki, işə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

E-ünvan: [email protected]  

Faks: +99412 597 30 39

Son xəbərlər
Digər xəbərlər