15 C
Baku
Saturday, April 27, 2024

Filial müdiri (Bakı və Region filialları) – Nikoil Bank

Filial müdiri (Bakı və Region filialları)

Namizədə olan tələblər :

• Ali İqtisadi təhsil;
• Bank sahəsində minimum  3-5 il iş təcrübəsi (kredit sahəsində və rəhbər vəzifədə iş təcrübəsi mütləqdir);
• Xüsusi komissiyanın  attestasiyasından keçmiş namizədlərə üstünlük veriləcək;
• Qüvvədə olan bank qanunvericiliyini və aidiyyəti təlimatlarını bilməli;
• Biznesi inkişaf etdirmə bacarığı;
• MS Office-dən istifadə bacarığı;
• Yüksək analitik düşüncə və problemləri həlletmə bacarıqları;
• Komandada işləmək bacarığı;
• Azərbaycan dilini mükəmməl səviyyədə bilməli(Rus dili bilənlərə üstünlük veriləcək);
• İdarəetmə qabiliyyəti, liderlik, ünsiyyət qurmaq bacarığı ;

Vəzifə öhdəlikləri :

• Filialın işlərini strateji plana uyğun qurmaq;
• Filialdakı satış və əməliyyat hədəflərinin strateji plana uyğun reallaşdırmaq;
• Bankın daxili qaydalarına uyğun nəzarəti təmin etmək;
• Filial işçilərinin normal iş şəraitində işləməsini təmin etmək;
• Satış və əməliyyat qrupları ilə sıx əməkdaşlıq etmək və filial daxilində keyfiyyətli xidməti təşkil etmək və daim inkişaf etdirmək;
• Filialda satış və xidmət keyfiyyətinə çatmağa mane olan səbəbləri daim araşdırmaq və aradan qaldırılmasını təşkil etmik;
• Potensial müştəriləri müəyyən etmək və onları Banka cəlb etmək;
• Müştəri məmnuniyyəti yaratmaq, loyal müştəri bazasını formalaşdırmaq və daim artırmaq;
• Bankın bazardakı payını artırmaq üçün lazımlı dəstəyi göstərmək;
• Müştərilərin mütəmadi ziyarətini təşkil etmək;
• Bankın daxili qaydalarına uyğun olaraq keyfiyyətli sənədləşmə işini təşkil etmək;
• Bankın daxili qaydalarına uyğun olaraq problemli müştərilərlə işi təşkil etmək;
• Filialın əməliyyat və kredit riskini daim nəzarətdə saxlamaq və risklərin minimuma endirilməsi istiqamətində işləri təşkil etmək;
• Filial işçilərinin bankdaxili qaydalara riayət etməsini təmin etmək;
• Filialın təhlükəsizliyi üçün lazımı tədbirləri görmək;
• Bank qanunvericiliyinə uyğun olaraq Bank və müştərilərlə əlaqədar məxfiliyi təmin etmək.

CV-lərinizi mövzu sətrində vakansiyanın adını “Filial müdiri (Bakı və ya Region filialları)” qeyd edərək,  [email protected] elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər