İŞÇININ VƏZIFƏSI:
- Banka gələn müştərilərin yüksək səviyyədə xidmət olunmasını təmin etmək;
- Tabeçiliyində olan əməkdaşların işini gündəlik olaraq planlaşdırmaq, koordinasiya və nəzarət etmək;
- Filialın müştəri bazarını genişləndirmək,yeni müştərilərin cəlb edilməsini təmin etmək;
- Bankın təklif etdiyi bütün növ bank məhsullarının satışını təşkil etmək;
- Filialın büdcəsinin və satış hədəflərinin yerinə yetirilməsini təmin etmək;
- Filialın Bankın ümumi strategiya və qaydalarına uyğunluğunu təqib və nəzarət etmək;
- Filialın işçilərinin normal iş şəraitində, səlahiyyətlərinə uyğun şəkildə işləməsini təmin etmək;
TƏLƏBLƏR:
- Ali iqtisadi və ya hüquqi təhsili və bank sistemində azı 3 il iş stajı, yaxud ali təhsili və qeyri bank sistemində azı 5 il iş stajı ;
- Azərbaycan, Rus dilində sərbəst danışıq bacarığı ;
- İşgüzar ünsiyyət qurmaq qabiliyyəti;
- Menecerlik və komanda ilə işləmə və o cümlədən departament daxilində qərar qəbul etmə qabiliyyəti;
- Qüvvədə olan bank qanunvericiliyi və normativ hüquqi aktları bilmək;
CV formasını doldurub, aşağıdaki ünvanlara göndərə bilərsiniz:
Rabitəbank
28 May küçəsi, 33,
E-poçtu: [email protected]
Məktubun mövzusunda vakansiyanın adını qeyd etməyinizi xahiş edirik.
Namizədlər müvafiq işə qəbul prosedurlardan keçirlər. Testi keçməyən şəxslərə iki həftə ərzində elektron poçt və ya telefon vasitəsi ilə məlumat verilir.