İŞÇININ VƏZIFƏSI:
- Filial işçilərin illik qiymətləndirmə prosesində iştirak etmək;
- Kredit komitələrinin təşkili, sədrlik və nəzarəti;
- Bütün kredit verilmə prosesini və müəyyən edilmiş prosedurları nəzarətdə saxlamaq;
- İşdən azad olunan əməkdaşların təhvil-təslim prosesinə rəhbərlik etmək;
- Filial əməkdaşlarının ezamiyyət, məzuniyyət, işdən azad olunma ilə bağlı müraciətlərinə baxmaq və müvafiq ərizələri İnsan resursları şöbəsinə təqdim etmək.
- Kreditlərin təsdiqi prosesinə rəhbərlik etmək, kredit müqavilələrini təsdiqləmək.
- Filialın kredit portfelinin keyfiyyətini və məhsuldarlığını təhlil etmək və kredit portfelinin keyfiyyətinə nəzarət etmək;
- Kreditlərin tam həcmdə və vaxtında qaytarılmasını təmin etmək (problemli kreditlərlə işləyərək, onları idarə etmək). Portfelin bütün problemləri haqqında dərhal rəhbərliyi məlumatlandırmak;
- Filialın Aktiv Kredit Portfelinin riskə məruz qalan hissəsinin riskdən çıxarılmasında və sağlamlaşdırılmasına nəzarət etmək;
- Filialın marketinq planının hazırlanması, kredit mütəxəssisləri üzrə ərazi bölgülərinin hazırlanması və təkliflər verilməsi;
- Filialın illik büdcəsinin və əməliyyat planlarının işlənib hazırlanmasında iştirak etmək və təsdiq olunmuş plana uyğun olaraq icranı təmin etmək.
TƏLƏBLƏR:
- Ali ixtisas təhsili (iqtisadiyyat, biznes / idarəetmə sahəsindı təhsili olanlara üstünlük verilir);
- Maliyyə/Kredit sahəsində minimum 4 il iş təcrübəsi, o cümlədən idarəetmədə minimum 2 il iş təcrübəsi;
- Azərbaycan dilini mükəmməl bilmək;
- Daxili motivasiya və prinsipiallıq;
- Öyrənmək və öyrətmək bacarığı (kredit mütəxəssislərinin hazırlanması ilə bağlı iş təcrübəsinin olması);
- Rayonunun inzibati ərazi bölgüsünü yaxşı tanıması;
- Regionda və əvvəlki iş yerlərində müsbət reputasiyaya malik olması;
- Yüksək idarəetmə qabiliyyəti və analitik (maliyyə təhlili üzrə) biliklər.
Uğurlu namizədə təklif edirik:
- Rəqabət qabiliyyətli əmək haqqı (başqa bölgədən olan namizədlərin yaşayış xərcləri qarşılanır);
- Təşkilatın bonus sistemindən yararlanmaq imkanları;
- Təlim və karyera inkişafı imkanları (regional menecer vəzifəsinə yüksəlmək imkanaları);
- Gənc və peşəkar kollektivdə çalışmaq imkanları;
- İş məqsədləri üçün telefon kartı və danışıq limiti;
- İş məqsədləri üçün avtomobil təminatı.
Tələblərə cavab verən namizədlər 23 avqust, 2015-ci il tarixinədək Mol Bulakın-in Qəbələ ofisinə (A. Səhhət küç. 12, ev 15. Telefon (02420) 5 17 90) və ya [email protected] e-ünvanına CV-ni göndərməklə müraciət edə bilərlər. Müsabiqənin növbəti mərhələlərinə yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar. Müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində göstərin (Qəbələ Filial Müdiri). Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.
Qeyd: Əvvəlki iş yerlərindən AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi, eyni zamanda dələduzluq, rüşvət, prosedur pozuntuları və sair neqativ səbəblər ilə işdən ayrılmış şəxslərdən iş üçün müraciət etməməkləri xahiş olunur.