10 C
Baku
Thursday, December 12, 2024

Filial müdiri- Qəbələ (“Mol Bulak” BOKT)

İŞÇININ VƏZIFƏSI:

  • Filial işçilərin illik qiymətləndirmə prosesində iştirak etmək;
  • Kredit komitələrinin təşkili, sədrlik  və nəzarəti;
  • Bütün kredit verilmə prosesini və müəyyən edilmiş prosedurları nəzarətdə saxlamaq;
  • İşdən azad olunan əməkdaşların təhvil-təslim prosesinə rəhbərlik etmək;
  • Filial əməkdaşlarının ezamiyyət, məzuniyyət, işdən azad olunma ilə bağlı müraciətlərinə baxmaq və müvafiq ərizələri İnsan resursları şöbəsinə təqdim etmək.
  • Kreditlərin təsdiqi prosesinə rəhbərlik etmək, kredit müqavilələrini təsdiqləmək.
  • Filialın kredit portfelinin keyfiyyətini və məhsuldarlığını təhlil etmək və kredit portfelinin keyfiyyətinə nəzarət etmək;
  • Kreditlərin tam həcmdə və vaxtında qaytarılmasını təmin etmək (problemli kreditlərlə işləyərək, onları idarə etmək). Portfelin bütün problemləri haqqında dərhal rəhbərliyi məlumatlandırmak;
  • Filialın Aktiv Kredit Portfelinin riskə məruz qalan hissəsinin riskdən çıxarılmasında və sağlamlaşdırılmasına nəzarət etmək;
  • Filialın marketinq planının hazırlanması, kredit mütəxəssisləri üzrə ərazi bölgülərinin hazırlanması və təkliflər verilməsi;
  • Filialın illik büdcəsinin və əməliyyat planlarının işlənib hazırlanmasında iştirak etmək və təsdiq olunmuş plana uyğun olaraq icranı təmin etmək.

TƏLƏBLƏR:

  • Ali ixtisas təhsili (iqtisadiyyat, biznes / idarəetmə sahəsindı təhsili olanlara üstünlük verilir);
  • Maliyyə/Kredit sahəsində minimum 4 il iş təcrübəsi, o cümlədən idarəetmədə minimum 2 il iş təcrübəsi;
  • Azərbaycan dilini mükəmməl bilmək;
  • Daxili motivasiya və prinsipiallıq;
  • Öyrənmək və öyrətmək bacarığı (kredit mütəxəssislərinin hazırlanması ilə bağlı iş təcrübəsinin olması);
  • Rayonunun inzibati ərazi bölgüsünü yaxşı tanıması;
  • Regionda və əvvəlki iş yerlərində müsbət reputasiyaya malik olması;
  • Yüksək idarəetmə qabiliyyəti və analitik (maliyyə təhlili üzrə) biliklər.

Uğurlu namizədə təklif edirik:

  • Rəqabət qabiliyyətli əmək haqqı (başqa bölgədən olan namizədlərin yaşayış xərcləri qarşılanır);
  • Təşkilatın bonus sistemindən yararlanmaq imkanları;
  • Təlim və karyera inkişafı imkanları (regional menecer vəzifəsinə yüksəlmək imkanaları);
  • Gənc və peşəkar kollektivdə çalışmaq imkanları;
  • İş məqsədləri üçün telefon kartı və danışıq limiti;
  • İş məqsədləri üçün avtomobil təminatı.

Tələblərə cavab verən namizədlər 23 avqust, 2015-ci il tarixinədək Mol Bulakın-in Qəbələ ofisinə (A. Səhhət küç. 12, ev 15. Telefon (02420) 5 17 90) və ya [email protected] e-ünvanına CV-ni göndərməklə müraciət edə bilərlər. Müsabiqənin növbəti mərhələlərinə yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar. Müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində göstərin (Qəbələ Filial Müdiri). Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.

Qeyd: Əvvəlki iş yerlərindən AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi, eyni zamanda dələduzluq, rüşvət, prosedur pozuntuları və sair neqativ səbəblər ilə işdən ayrılmış şəxslərdən iş üçün müraciət etməməkləri xahiş olunur.

Son xəbərlər
Digər xəbərlər