Filial müdiri (Qərb regionu)
“KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC QƏRB REGİONUNDA yerləşən filialları üçün FİLİAL MÜDİRİ vəzifəsinə işçi axtarışı elan edir.
Əsas vəzifə və öhdəliklər:
- Filialın işçi heyətinin idarə olunması;
- Filial əməkdaşlarının effektivliyi, peşəkarlıq və bilik səviyyəsinin yüksəldilməsi üçün çalışmaq;
- Filialın müştəri bazasının genişləndirilməsi, müştərilərə yüksək səviyyəli xidmətin göstərilməsinin təmin olunması;
- Filial kredit komitəsində iştirak etmək və komitəyə sədrlik etmək;
- Filialın büdcə proqnozlarının hazırlanmasında iştirak etmək və yerinə yetirilməsini təmin etmək;
- Filialın kredit portfelini idarə etmək və maliyyə əməliyyatlarına nəzarət etmək, monitorinqlərin vaxtlı-vaxtında keçirilməsini təmin etmək.
Tələb olunan keyfiyyətlər:
- Ali təhsil;
- Bank və yaxud qeyri bank sektorunda azı 3 (üç) il iş təcrübəsi, həmçinin idarəetmə təcrübəsi;
- Microsoft Office proqramlarında (Word, Excel, Power Point, Access) işləmək bacarığı;
- Analitik mühakimə etmək qabiliyyəti;
- İdarəetmə və liderlik qabiliyyəti;
- Məsuliyyət, dəqiqlik, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
- Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin və müvafiq regionun adını (Filial müdiri) qeyd etməklə göndərmələri xahiş olunur.
“KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC haqqında ətraflı məlumatı www.kredaqro.com web səhifəsindən əldə edə bilərsiniz.