26 C
Baku
Saturday, July 27, 2024

Filial müdiri – Şimal və Cənub regionları (Rabitabank)

İŞÇININ VƏZIFƏSI:

• Filial hədəflərinin və Bankın strateji planlarının gerçəkləşdirilməsi üçün filialdakı satış və əməliyyat işlərinin məhsuldar şəkildə istiqmətləndirmək;
• Filialda müştərilərə keyfiyyətli xidmət göstərilməsini təmin etmək;
• Tabeçiliyində olan əməkdaşların işini gündəlik olaraq planlaşdırmaq, koordinasiya və nəzarət etmək;
• Filialın müştəri bazarını genişləndirmək,yeni müştərilərin cəlb edilməsini təmin etmək;
• Filialın kredit portfelinə nəzarət etmək və gecikmiş kredit portfeli  üzərində mütəmadi iş aparmaq;
• Bankın təklif etdiyi bütün növ bank məhsullarının satışını təşkil etmək;
• Filialın büdcəsinin və satış hədəflərinin yerinə yetirilməsini təmin etmək;
• Filialın,Bankın ümumi strategiya və qaydalarına uyğunluğunu təqib və nəzarət etmək;
• Filial işçilərinin normal iş şəraitində, səlahiyyətlərinə uyğun şəkildə işləməsini təmin etmək;

TƏLƏBLƏR:

• Ali İqtisadi təhsil
• Bank sahəsində və ya bank olmayan kredit təşkilatlarında ən azı 3 il iş təcrübəsi,filial müdiri olaraq 2 il iş təcrübəsi
• Qüvvədə olan bank qanunvericiliyi və normativ hüquqi aktları bilməsi
• Azərbaycan dilində sərbəst danışıq bacarığı, Rus dili biliyi arzuolunandır
• İşgüzar ünsiyyət qurmaq qabiliyyəti
• İdarəçilik təcrübəsi
• Bank sistemində səlis işləmək bacarığı
• Komandada işləmə bacarığı və problemi operativ həll etmə bacarığı

Maraqlanan şəxslərdən, CV-lərini mövzu yerində vakansiyanın adını qeyd etməklə, [email protected] -mail ünvanına göndərmələri və ya Rabitabankın saytında CV formasını doldurmaqla müraciət etmələri xahiş olunur.

Son xəbərlər
Digər xəbərlər