12 C
Baku
Monday, November 25, 2024

Filial müdiri- TuranBank

Əmək haqqı: 1700 – 1800 AZN
İş barədə məlumat– Filiala verilmiş lisenziyaya uyğun bank xidmətlərinin keyfiyyətlə aparılmasını təmin etmək
– Filialın əsasnaməsinə uyğun iş planını təsdiq etmək, onun icrasına nəzarət etmək
– Filiala etibar edilmiş maddi qiymətlərin və pul vəsaitinin mühafizəsi üçün bütün zəruri tədbirləri görmək
– Gün ərzində aparılan bütün bank əməliyyatlarının mövcud qanunvericiliyə və daxili qaydalara uyğunluğuna, balansın müəyyən edilmiş vaxtda bağlanmasına və baş idarəyə vaxtında ötürülməsinə nəzarət etmək və buna məsuliyyət daşımaq
– Müştərilərə onların istəklərinə və qanunvericiliyə uyğun bütün növ hesabların açılması, bu hesablar üzrə əməliyyatlar aparılması və onların bağlanılması işini təşkil etmək
– Müştərilərə yüksək səviyyədə bank məhsulları və xidmətlərinin satışını təşkil etmək
– Korporativ müştərilərin filiallara cəlb edilməsi məqsədilə daim müvafiq tədbirləri həyata keçirmək
– Tabeliyində olan strukturların fəaliyyətini tənzimləmək və onların əsasnamə funksiyalarının yerinə yetirməsinə nəzarət etmək
– Bilavasitə tabeliyində olan işçilər arasında vəzifə bölgüsü aparmaq
– Filialın əsasnaməsindən və daxili qaydalardan irəli gələn digər bütün vəzifələrin icrasını təmin etməkVakant yer Bakı şəhəri və regionlar üzrə nəzərdə tutulmuşdur.

Namizədə tələblər– Ali təhsil (iqtisadi, riyazi və maliyyə ixtisasları üzrə)
– Məsuliyyətli, ünsiyyətcil və etikalı olmalı
– Müşahidə aparma və faktları müəyyən etmə bacarığı olmalı
– Liderlik və komanda ilə işləmə, filial daxilində ona verilmiş səlahiyyət çərçivəsində qərar qəbul etmə qabiliyyəti olmalı
– Filiala müştəri cəlb etmə bacarığı olmalı
– Kredit portfelinə nəzarət etmə və idarəetmə qabiliyyəti olmalı
– Mərkəzi Bankın və AMBN Palatasının bütün təlimatları haqqında anlayış və onların tətbiqi təcrübəsinə malik olmalı
– Müştərilərlə işləmə və Müştərilərin/ Müəssisələrin maliyyə vəziyyətini analiz etmə qabiliyyəti olmalı
– Yüksək darəcədə analitik, təşəbbüskarlıq və tədqiqat apara bilmə qabiliyyəti olmalı
– Filialın işlərini planlaşdırma və problemləri yerində həll etmə bacarığı olmalı
– Filial müdiri kimi bank sektorunda ən azı 4 illik iş təcrübəsi olmalı
– Azərbaycan, rus dilində sərbəst danışmalıMövzu hissəsində vəzifə adınının qeyd edilməsi mütləqdir.

[email protected]

Son xəbərlər
Digər xəbərlər