27 C
Baku
Saturday, June 29, 2024

Filialın Kredit Meneceri (BİZNES) – Bakı, Sumqayıt, Quba, Qusar, Lənkəran, Masallı, Ağsu və Ağcabədi (Rabitabank)

İşçinin vəzifəsi:

· Potensial müştərilərin banka cəlb olunması
· Müştəri və kredit portfelinin kəmiyyətinin hədəfə uyğun olmasının təmin edilməsi
· Kredit portfelinin idarə olunması və yüksək keyfiyyətinin təmin edilməsi
· Müştərilərə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün təkliflərin verilməsi
· Xidmət göstərdiyi ərazilərdə maliyyə bazarının araşdırılması, satış prosesinin təkmilləşdirilməsi üçün təkliflərin verilməsi
· Müştərinin ödəniş qabiliyyətinin təhlil edilməsi (lazım olduqda müştərilərlə şəxsən görüşməsi və onların fəaliyyət göstərdiyi yerlərə səfərlər edilməsi)
· Tabeçiliyində olan Kredit mütəxəssisləri tərəfindən aparılan biznes təhlillərinin və onların hazırladığı kredit memorandumlarının yoxlanılması
· Yeni kredit mütəxəssislərinə kredit işinin nəzəri və praktiki biliklərinin aşılanması
· Gözlənilə bilən risklərin və problemlərin qarşısının alınması üçün lazımı tədbirlərin həyata keçirilməsi

Tələblər:

  • Ali təhsilin olması (Maliyyə və iqtisad sahələrə üstünlük verilir)
  • Ən azı 3 il Mikro kreditləri sahəsində iş təcrübəsinin olması (Beynəlxalq mikro-maliyyə institutlarında iş təcrübəsi olanlara üstünlük verilir)
  • MS Office proqramlarında sərbəst şəkildə işləyə bilmək bacarığına malik olması;
  • Komandanın idarə edilməsində təcrübənin olması
  • Liderlik keyfiyyətlərinə malik olması
  • Yüksək təhlil etmə bacarıqları
  • Yüksək ünsiyyət və təqdim etmə bacarıqları
  • Təlim keçmə sahəsində təcrübənin olması
  • Satışın psixologiyası və prinsiplərini əla bilməsi
  • Fərdi və komanda şəklində işləmək
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olması

İş şəraiti və inkişaf imkanları:

  • Yüksək əmək haqqı (iş təcrübəsindən asılı olaraq) və bonus almaq imkanı
  • Bilik və bacarıqları daima artırmaq üçün yerli və xarici ekspertlərin təlimlərində iştirak imkanları
  • Şəxsi göstəricilər nəticəsində karyera artım imkanları və s.

Qeyd edilən tələblərə uyğun olan namizədlər öz müraciət anketlərini [email protected] e-mail ünvanına göndərə bilərlər.

Məktubun mövzusunda iddia etdiyiniz vakant vəzifə mütləq qeyd olunmalıdır. Uyğun görülən namizədlərdən əvvəlki iş yerlərinidən tövsiyyə məktubları (xasiyyətnamə) tələb oluna bilər.

Əlaqə vasitələri:

E – mail : [email protected]

Telefon: (012) 598 44 88, Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

Son xəbərlər
Digər xəbərlər