10 C
Baku
Wednesday, December 11, 2024

Filippin çinlilərə viza verilməsini dayandırıb

Filippin İmmiqrasiya Bürosu yeni koronavirusun yayılması qorxusu fonunda Çin vətəndaşlarına ölkəyə gəliş zamanı viza verilməsini dayandırıb.

RİA “Novosti” xəbər verir ki, Bürodan Filippinin çinli turistlərin ölkəyə girməsini qadağan etmədiyini, sadəcə, səyahət edənlərin axınını yavaşlatmaq və bəlkə də yeni növ koronavirusun ölkəyə daxil olmasının qarşısını almaq üçün bu addımı atdığını bildiriblər.

Qeyd edək ki, çinli turistlər 2017-ci ildən bəri hava limanında viza alaraq Filippinə daxil ola bilirdi.

Xatırladaq ki, Çinin Dövlət Səhiyyə Komitəsinin son məlumatına görə, yeni növ koronavirusa yoluxanların ümumi sayı 4515 nəfərə çatıb, onlardan 106 nəfəri ölüb.

Qeyd edək ki, Çinin materik hissəsindən kənarda Honkonq, Makao, Tayvan, Tayland, Yaponiya, Cənubi Koreya, ABŞ, Kanada, Vyetnam, Sinqapur, Nepal, Fransa, Avstraliya, Malayziya və Almaniyada yoluxma halları qeydə alınıb.

©Report

Son xəbərlər
Digər xəbərlər