8 C
Baku
Thursday, December 12, 2024

Filippin prezidenti iqtisadi problemlərə görə qumar oyunlarını təşviq etməyə qərar verib

Filippin prezidenti Rodriqo Duterte pandemiyanın ölkə iqtisadiyyatına vurduğu zərəri kompensasiya etmək üçün qumar oyunlarına dəstək olmağa qərar verib.

Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

Xatırladaq ki, əvvəllər siyasətçi qəti şəkildə qumar oyunlarına qarşı olub.

“Hal-hazırda pula ehtiyacımız var, edə biləcəyimiz ən ağıllı şey bu işi təşviq etməkdir”, – deyə prezident söyləyib. 2018-ci ildə Duterte 1.5 milyard dollarlıq kazino inşası haqqında sazişin yenidən müzakirə çıxarılması barədə əmr verib. Buna baxmayaraq, kazino hələ də tikilməyib, 2019-cu ildə isə dövlət lotereyalarının fəaliyyəti dayandırılıb.

Prezidentin açıqlamalarından sonra Filippindəki qumar biznesinin səhmləri artıb:

– “Bloomberry Resorts Corp.” (“Solaire Resort & Casino”) — 6,5%,

– “PhilWeb Corp.” — 7,5%,

– “Leisure & Resorts World Corp.” — 5,7%.

Duterte 2016-ci ilin yazında hakimiyyətə gəlib, bundan əvvəl o, Davao meqapolisinə rəhbərlik edib. Siyasətçinin prezidentlik dövrü 2022-ci ildə başa çatır, ondan sonra o, vitse-prezidentin müavini vəzifəsini tutmaq istəyir.

Prezident narkotik ticarəti ilə məşğul olan, o cümlədən narkotikdən istifadə edən şəxslərin məhkəmədənkənar şəkildə qətlə yetirilməsini təşviq edir. 22 iyunda siyasətçi peyvənd olunmaqdan imtina edənləri həbslə hədələyib. O ərəfədə 110 milyon vətəndaşı olan ölkədə cəmi 2.1 milyon nəfər peyvənd olunub.

 

Son xəbərlər
Digər xəbərlər