Filippin prezidenti karantin pozanlara atəş açmağa icazə verdi

Filippin prezidenti Rodriqo Duterte karantin rejimini pozanlara atəş açmağa icazə verib. O, bu qərarı Kerson-Siti şəhərinin yüzdən çox sakini  COVID-19 koronavirus pandemiyası səbəbi ilə tətbiq olunan məhdudlaşdırıcı tədbirlərə məhəl qoymayıb evdən çölə çıxmasından sonra qəbul etmişdir.

“Polis əməkdaşlarına və hərbiçilərə əmr edirəm: itaətsizlik və həyatınızın təhlükə altında olduğunu görsəniz, qanun pozucularını güllələyin”, – Banker.az xəbər verir ki, “Bloomberg” prezidentin mesajına istinadən yazır.

Xatırladaq ki, koronavirus pandemiyasının yayılması ilə əlaqədar olaraq, martın ortalarında Filippində məhdudlaşdırıcı tədbirlər tətbiq edilmişdir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları