Filippin Prezidenti Rodrigo Duterte siyasətdən getdiyini açıqlayıb. Bu barədə TASS-a xəbər verir.
“Filippinlilərin böyük əksəriyyəti mənim namizəd olmadığımı düşünür. Həmvətənlərimə deyirəm ki, istəklərinizi yerinə yetirirəm, Bu gün siyasətdən getdiyimi elan edirəm”, – Duterte deyib.
Sosioloji sorğulara görə, filippinlilərin yalnız 39%-i Duterteni vitse-prezident olaraq dəstəkləyəcəklərini bildirib.