Filippin Rusiyadan helikopter almaqdan imtina etdi

Filippin hakimiyyəti Rusiyadan hərbi helikopter almaqdan imtina edib.

Bu barədə AP agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, Filippin 16 ədəd Mi-17 helikopteri almaq üçün 2021-ci ildə Rusiya ilə müqavilə imzalayıb. Müqavilənin dəyəri 227 milyon dollardır.

Mənbələr bildirir ki, Filippin ABŞ-ın sanksiyalarına məruz qalmamaq üçün müqaviləni ləğv etmək niyyətindədir. Hələlik rəsmi qərar olmasa da, müqavilənin tezliklə ləğv ediləcəyi vurğulanıb.

Son xəbərlər
Digər xəbərlər