16 C
Baku
Wednesday, October 23, 2024

Filippin və Şri-Lankada birjalar bağlandı

Koronavirusun (COVİD-19) beynəlxalq birjaları çökdürməsindən sonra Filippin hökuməti pul, səhm və istiqraz bazarlarını bağlayıb.

Bununla da, Fillipin birjaları bağlayan ilk ölkə olub.

Qeyd edək ki, koronavirusun yayılması ilə bu ilin əvvəlindən Fillipində birja indeksləri təxminən 30% azalıb. Filippin birjasının rəhbəri Ramon Manzon 188 milyard ABŞ dolları dəyərində dövriyyəsi olan birjanı cümə axşamı yenidən açmağı planlaşdırdıqlarını bildirib.

Bu arada digər ölkələr də koronavirusun maliyyə bazarlarını çökdürməməsi üçün birjaları müvəqqəti bağlayacaqlarını bildiriblər. Şri-Lanka indi belə bir addım atıb.

©Report

Son xəbərlər
Digər xəbərlər