27 C
Baku
Saturday, July 27, 2024

Filippində əcnəbilərin ölkəyə girişi ilə bağlı qaydalar dəyişib

Filippinin koronavirusa reaksiya üzrə fəaliyyətinə nəzarət edən qurumlararası işçi qrupu əcnəbi vətəndaşların gələn aydan etibarən ölkəyə girişi üçün şərtlər müəyyənləşdirib.

TASS xəbər verir ki, bu barədə Filippin prezidentinin mətbuat katibi Harry Rok bildirib.

Onun sözlərinə görə, fevralın 1-dən etibarən Filippinə gələcək əcnəbilər ölkəyə giriş zamanı qüvvədə olan vizaya sahib olmalıdırlar.

“Bu xarici vətəndaşlar akkreditə olunmuş karantin hotelində və ya müəssisəsində əvvəlcədən bron edilmiş yerə və orada azı 7 gün yaşayacaqlarına dair sənədə malik olmalıdırlar. Onlar həmçinin karantində qaldıqları yerdə gəldiklərindən 6 gün sonra koronavirus testindən keçməlidirlər”, – H.Rok söyləyib.

Qeyd edək ki, bu günə qədər Filippində 51,5 mindən çox insan koronavirusa yoluxub, 475,5 min xəstə sağalıb, 10,5 mindən çox pasiyent ölüb.

Son xəbərlər
Digər xəbərlər