24 C
Baku
Sunday, October 6, 2024

Film istehsalı ilə bağlı vergi güzəşti müəyyənləşir

Film istehsalı ilə bağlı vergi güzəşti müəyyənləşir.

Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi”ndə əksini tapıb.

Layihədə qanunla müəyyən olunmuş qaydada Azərbaycan Respublikasında qeydiyyatdan keçən və film istehsalını, habelə dublyajını həyata keçirən, mikrosahibkarlıq subyekti olmayan kinematoqrafiya müəssisəsinin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75%-nin 2024-cü il yanvarın 1-dən 3 il müddətinə mənfəət vergisindən azad edilməsi təklif edilir.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər