26 C
Baku
Saturday, April 20, 2024

Filosoflar pul haqqında nə düşünürdü?!

Bütün dövrlərdə filosoflar digər insanların fikirlərinə və düşüncə tərzlərinə təsir edə bilmək bacarıqlarına görə hörmətlə qarşılanırdılar. Lakin filosoflar yalnız bir şeylə heç vaxt öyünə bilməmişlər. Bu puldur. Məsələ ondadır ki, təsiredici və zəkalı insanlar pul haqqında asanlıqla mühakimə irəli sürə bildikləri halda, heç də həmişə onlara istədikləri miqdarda sahib olmağı bacarmırlar.

Banker.az məşhur filosoflardan bəzilərinin pul haqqında ən yaddaqalan sitatlarını təqdim edir.

— Pulları idarə etmək lazımdır, pulun xidmətçisinə çevrilmək yox. (Seneka)

— Xəsis olmamaq – artıq zənginlik, bədxərc olmamaq – gəlir deməkdir. (Siseron)

— Bəzi sərraflar borc verdikləri şəxsə ən kiçik güzəşti belə etmirlər. Bununla onların əksəriyyəti bütün kapitalını itirmiş olur. (Ezop)

— Zənginlik dəniz suyunu xatırladır: nə qədər çox içsən, susuzluğun bir o qədər şiddətlə artır. (Artur Şopenhauer)

— Varlıların bir çoxu – öz zənginliklərinin sahibi deyil, sadəcə sərvət qoruyucularıdır. (Demokrit)

— Hər kəsə aydındır ki, pul ilə ayaqqabı almaq olar, xoşbəxtlik yox, pul ilə qida almaq olar, iştah yox, pul ilə yataq almaq olar, yuxu yox, pul ilə dərman almaq olar, sağlamlıq yox, pul ilə xidmətçi tapmaq olar, dost yox, pul ilə əyləncə yaratmaq olar, sevinc yox, pul ilə müəllim tapmaq olar, ağıl yox. (Sokrat)

— Zənginlərin evində par-par parlayan qızıldan gözləriniz kor olacaq dərəcədə qamaşır. Siz, əlbəttə onların nəyə sahb olduğunu görürsünüz, çatışmazlıqlarını yox. (Avreliy Avqustin)

— Bəşəriyyətin inkişafı hər bir şəxsin öz vəsaitləri ilə yaşamamaq arzusuna əsaslanır. (Samuel Batler)

— Onların zəngin ola-ola ehtiyacları var. Bu isə yoxsulluğun ən ağır növüdür. (Seneka)

— Yoxsulluq və zənginlik – ehtiyac və bolluq anlayışlarını ifadə edən sözlər. Kimin ki ehtiyacı var – o zəngin deyil, kimin ki ehtiyacı yoxdur – o yoxsul deyil. (Demokrit)

— Zənginlik – böyük sərvət deyil, böyük tələbat qazandırar. (Epiktet)

— Müdrik insan pulları başında saxlayır, ürəyində deyil. (Conatan Svift)

— Pullar – sadəcə bir vasitədir. Onlar sizi istənilən məqsədə gətirib çıxaracaq, lakin sükanda sizi əvəz etməyəcək. (Ayn Rend)

 

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər