9 C
Baku
Friday, December 13, 2024

“Finance Leasing” Vəkillər Kollegiyasının sədrinin şirkətdən pay almasına münasibət bildirib

“Vəkillər Kollegiyasının sədri Anar Bağırov “Finance Leasing” ASC-nin yaradıldığı 2007-ci ildən bəri şirkətin səhmdarıdır”.

Banker.az bildirir ki, bunu Report-a açıqlamasında “Finance Leasing”in İdarə Heyətinin sədri Rabil Məmmədov ölkənin baş vəkilinin ötən il şirkətdən pay alması barədə xəbərə münasibət bildirərkən deyib.

Xatırladaq ki, bu gün “Finance Leasing” Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Məlumatların Elektron Açıqlanması Sistemində (MEAS) 2017-ci ilin yekunlarına dair maliyyə hesabatını açıqlayıb. Hesabatda A.Bağırovun lizinq şirkətinin səhmlərinin 1,5%-nə nəzarət etdiyi qeyd olunub. “Finance Leasing”in MEAS-da 2016-cı ilin yekunlarına dair yerləşdiyi maliyyə hesabatında onu adı səhmdar kimi olmayıb. Bu isə Vəkillər Kollegiyasının sədrinin ötən ildən şirkətin səhmdarı olması qənaətinə gəlməyə imkan verib.

Son xəbərlər
Digər xəbərlər