23 C
Baku
Tuesday, April 23, 2024

“Finance Leasing”in səhmdarlarının yığıncağı keçiriləcək

Avqustun 31-də “Finance Leasing” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Yığıncaq saat 11:00-da şirkətin baş ofisinin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 11 ünvanında olacaq.

Yığıncağın gündəliyi açıqlanmayıb.

Xatırladaq ki, “Finance Leasing” 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,2 mln. manatdır. Şirkətin səhmlərinin 19%-i Tokay Şıxəlizadəyə, 13,1%-i Murğuz Tağıyevə, 12,7%-i Azad Cavadova (Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru), 12%-i Sevda İbrahimovaya, 10%-i Mobil Şərifova, 8%-i Tahir Namazova, 5%-i İsa Hüseynova, 4,5%-i Tofiq Cəfərova, 3,8%-i Gülmirə Cəfərovaya, 3,1%-i Azər Hacıyevə, hər biri 2% olmaqla Elçin Tahirova və Gülnarə Daşdəmirovaya, 4,8%-i isə digər səhmdarlara məxsusdur.

Səhm sahiblərindən ikisi – Sevda İbrahimova və Mobil Şərifov “Finance Leasing”lə birlikdə “Finex Group” MMC-də təmsil olunan “Finex Credit” ASC bank olmayan kredit təşkilatının (BOKT) müvafiq olaraq 14,9%-lik və 11,77%-lik səhmdarıdır. “Finex Credit”in səhmlərinin qalan 73,33%-i isə elə “Finance Leasing”ə məxsusdur.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər