“Apple” korporasiyası 1 milyardıncı “iPhone” smartfonunu satmağa və bununla da rekord əldə etməyə yaxınlaşır.
“Financial Times”-in xəbərinə görə, şirkətin 2016-cı ilin II rübü üçün hesabatını açıqlayacağı gözlənilir.
İlkin qiymətləndirmələrə əsasən, hesabat dövrü ərzində 40 mln. “iPhone” satılıb. Bununla da iyun ayının sonuna “Apple”in bütün tarixi ərzində satılan smartfonların 987 mln. ədədə çatıb. Qadcetlərin yarıdan çoxu isə məhz son 2 il ərzində realizə olunub.
Beləliklə, şirkət ay ərzində orta hesabla 13 mln. ədəd smartfon satır. Başqa sözlə, 1 mlrd.-cı “iPhone” yaxın günlər ərzində satıla bilər./Lent.az