“Financial Times”: ABŞ bankları 11 minə qədər işçini ixtisar edir

2023-cü ildə ABŞ-ın ən böyük banklarında işçilərin ixtisarının həcmi 11 min nəfərə çata bilər. Məsələn, “Citigroup” bir gün əvvəl 5000 nəfəri işdən çıxarmaq planlarını açıqlamışdı. İxtisarlar texniki heyətə, bazarlarda ticarət və bank əməliyyatları departamentlərinə təsir edəcək.

Daha əvvəl “Morgan Stanley” və “Goldman Sachs” kimi banklar bir neçə min işçini ixtisar edib.

Mütəxəssislər “Wall Street”də ixtisarların iki əsas səbəbini qeyd edirlər. Pandemiya dövründə bank bazarında nəzərəçarpacaq dərəcədə aktivlik müşahidə olunduğu halda banklar çoxlu yeni işçilər işə götürüb, indi isə ixtisarlara başlayır. İlin əvvəlində ABŞ-ın ən yaxşı beş maliyyə korporasiyası – “JPMorgan Chase”, “Bank of America”, “Morgan Stanley”, “Goldman Sachs” və “Citigroup” – 2020-ci ilin əvvəlindən 880 000 işçiyə sahib olub.

Digər səbəb bəzi texniki funksiyaları avtomatlaşdırmağa və bununla da kadr xərclərini azaltmağa imkan verən texnologiyaların inkişafı olub. “Citigroup”un baş maliyyə direktoru Mark Meyson həftənin əvvəlində deyib: “Biz yeni texnologiyadan istifadə edərək, hazırda etdiyimizi daha sürətli etmək üçün işçi heyətini ixtisar edirik”.

Son xəbərlər
Digər xəbərlər