14 C
Baku
Friday, November 22, 2024

“Financial Times”: ABŞ-dəki seçkilər tarixin ən bahalı seçkiləri olub

ABŞ prezidentliyinə namizədlər Kamala Harris və Donald Tramp seçki kampaniyalarına 3.5 milyard dollar xərcləyiblər, “Financial Times” (FT) qəzeti hesablayıb. Nəşrin qeyd etdiyi kimi, bu seçkilər tarixin ən bahalı seçkiləri olub.

Xanım Harris 2.3 milyard dollardan çox vəsait toplayıb, bunun 1.9 milyard dollarını xərcləyib. Cənab Tramp isə 1.8 milyard dollar toplayıb və 1.6 milyard dollar xərcləyib.

Nəşr qeyd edir ki, Donald Tramp məhkəmə xərclərini ödəmək üçün 100 milyon dollardan çox – bütün vəsaitin 14%-ni xərcləyib. Onun barəsində bir neçə məhkəmə prosesi hələ davam edir.

Qanuna görə, ABŞ prezidentliyinə namizədlər öz kampaniyalarını öz vəsaitləri, fiziki və hüquqi şəxslərin ianələri və müxtəlif dəstək fondları vasitəsilə toplanan vəsaitlər hesabına maliyyələşdirə bilərlər.

Son xəbərlər
Digər xəbərlər