18 C
Baku
Sunday, September 8, 2024

“Financial Times”: ABŞ və Ukrayna təhlükəsizlik paktı imzalayacaq

ABŞ Ukrayna ilə ikitərəfli təhlükəsizlik paktı imzalamağa yaxındır. “The Financial Times” (FT) qəzetinin mənbələrə istinadən verdiyi məlumata görə, Amerika prezidenti Co Bayden və Ukrayna lideri Volodimir Zelenski iyunda İtaliyada keçiriləcək “Yeddilik Qrupu” (G7) sammiti çərçivəsində saziş bağlaya bilərlər.

Nəşrin yazdığına görə, bu saziş Ukraynanın NATO-ya üzv olan digər dövlətlərlə bağladığı təhlükəsizlik sənədləri silsiləsində ən əhəmiyyətlisi olacaq. Müqavilə ABŞ-nin Ukraynaya uzunmüddətli dəstəyi, o cümlədən ukraynalı hərbçilərin təlimi, kəşfiyyat məlumatlarının mübadiləsi və iqtisadi yardımla bağlı öhdəlikləri müəyyən edəcək.

G7 ölkələri NATO-nun 2023-cü ilin yayında Vilnüsdə keçirilən sammitində Kiyevlə təhlükəsizlik təminatlarına dair sazişlər bağlamaq niyyətlərini açıqlayıblar. Ukrayna artıq Böyük Britaniya, Almaniya, Danimarka, İspaniya, İtaliya, Kanada, Latviya, Hollandiya, Finlandiya və Fransa ilə belə sazişlər imzalayıb.

Son xəbərlər
Digər xəbərlər