Financial Times: Aİ-nin altı ölkəsi Rusiyaya qarşı 21-ci sanksiyalar paketinə etiraz edib

Avropa İttifaqının (Aİ) altı ölkəsi Rusiyaya qarşı 21-ci sanksiyalar paketinə etiraz edib. Financial Times yazır ki, Yunanıstan, Fransa, İtaliya, Almaniya, Avstriya və Portuqaliya tədbirlərə yenidən baxılmasını tələb edir və paketi bloklamaqla hədələyirlər.

“Avropa Komissiyası bu həftə Rusiyaya qarşı 21-ci sanksiyalar paketini qəbul etməyi planlaşdırır. Brüssel bu məsələ ilə bağlı danışıqları iyulun 22-si, çərşənbə gününədək yekunlaşdırmaq niyyətindədir. Lakin bəzi Avropa ölkələri sanksiyaların genişləndirilməsinə qarşı çıxırlar”, – deyə nəşr qeyd edir.

Məqalədə bildirilir ki, Yunanıstan Rusiya mayeləşdirilmiş təbii qazının (LNG) daşınmasına nəzərdə tutulan qadağanın gəmiçiliyə mənfi təsirindən ehtiyat edir və sanksiyaların effektivliyinə dair sübutlar tələb edir.

Brüssel danışıqları iyulun 22-dək yekunlaşdırmağı planlaşdırırdı, lakin sanksiyalar paketinin qəbulu baş tutmamaq təhlükəsi ilə üzləşib.

Financial Times daha əvvəl bildirmişdi ki, Yunanıstan Rusiyanın LNG-sinin üçüncü ölkələrə daşınmasına qadağa qoyulması ilə razılaşmayaraq Aİ-nin 21-ci sanksiyalar paketinin qəbuluna qarşı çıxıb.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə daha əvvəl bildirmişdi ki, Rusiya Avropa İttifaqının birtərəfli sanksiyalarını qanunsuz hesab edir və bu cür məhdudiyyətlərə qarşı çıxır.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər