8 C
Baku
Monday, November 18, 2024

“Financial Times”: Aİ Rusiya ilə sadələşdirilmiş viza rejimindən imtina edəcək

Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri Rusiya ilə viza rejiminin sadələşdirilməsi sazişinin dayandırılmasını dəstəkləmək niyyətindədirlər. Danışıqlarda iştirak edən üç Aİ rəsmisi bildirib ki, bu barədə çərşənbə axşamı Praqada keçiriləcək ikigünlük iclasda elan ediləcək.

Qeyd edək ki, Rusiya ilə Aİ arasında viza rejiminin sadələşdirilməsi haqqında saziş 2007-ci ildə imzalanıb. Onun ləğv edilməsi o deməkdir ki, viza üçün müraciət edərkən ruslar daha çox sənəd toplamalı olacaqlar. Eyni zamanda, qısamüddətli viza onlara €35 deyil, €80 qiymətinə başa gələcək.

Banker.az bu barədə “The Bell” nəşrinə istinadən xəbər verir.

“Financial Times”ın həmsöhbətlərindən biri bəyan edir ki, Aİ “vizanın alınması qaydalarının sadələşdirilməsini mərhələli şəkildə ləğv etməkdən irəli getməyə” hazırdır, lakin əlavə məhdudiyyətlərlə bağlı hələki konsensus yoxdur.

Son xəbərlər
Digər xəbərlər