9 C
Baku
Thursday, December 12, 2024

“Financial Times”: Aİ Ukrayna məhsullarına idxal rüsumlarını bərpa edəcək

Avropa İttifaqı (Aİ) etiraz edən fermerləri sakitləşdirmək üçün iyunun 28-də Ukraynadan yumurta və şəkərə idxal rüsumlarının bərpası ilə bağlı qərarını elan edəcək. Bu barədə “Financial Times” mənbəyə istinadən məlumat yayıb.

Rüsumlar ağ şəkərin tonu üçün 419 avro, xam şəkərin hər tonu üçün 339 avro, yumurtanın 1 kiloqramı üçün isə 30 sent olacaq. Rüsumlar 2025-ci ilin iyun ayına qədər qüvvədə qalacaq.

Ukraynanın iqtisadiyyat nazirinin müavini Taras Kaçka nəşrə bildirib ki, tariflər ölkə ilə Aİ arasında mövcud razılaşmaya uyğundur, lakin Kiyev şərtləri yaxşılaşdırmaq və ikitərəfli məhdudiyyətləri aradan qaldırmaq üçün Brüssellə danışıqları davam etdirir.

Qeyd olunub ki, yumurta, quş əti, şəkər, yulaf, qarğıdalı, dənli bitkilər və bal üzrə tarif kvotaları bu malların idxalı 2021-ci il iyulun 1-dən 2023-cü il dekabrın 31-dək idxal olunan məhsulların sayının orta arifmetik göstəricisini keçərsə, yenidən tətbiq oluna bilər.

Kiyevə siyasi və iqtisadi dəstək tədbirlərindən biri kimi 2022-ci ilin iyunundan Ukrayna malları üçün rüsumsuz ticarət rejimi tətbiq edilib.

Son xəbərlər
Digər xəbərlər