9 C
Baku
Friday, January 24, 2025

“Financial Times”: Argentina Paris İqlim Sazişindən çıxır

Argentina prezidenti Xavyer Miley ölkəni Paris İqlim Sazişindən çıxarmağı düşünür, “Financial” Times (FT) mənbələrə istinadən yazır. Yekun qərar hələ qəbul edilməyib, lakin agentliyin mənbələrinə görə, Argentina ABŞ-dən nümunə götürərək sazişdən çıxacaq. O, belə bir qərar verən ikinci ölkə olacaq.

“FT”nin məlumatına görə, Argentina rəsmiləri cənab Mileyin komandasını fikrindən daşındırmağa çalışıblar. Nəşr qeyd edir ki, Argentina sazişdən çıxmaq qərarına gəlsə, bu, “iqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal səylərə ciddi zərbə” olacaq. Bu, həmçinin MERCOSUR ölkələrinin (Argentina, Braziliya, Paraqvay və Uruqvay) ticarət sazişini təhdid edəcək, belə ki, sənəd tərəflərdən birinin Paris İqlim Sazişindən çıxması halında digər ölkələrin də sazişi dayandıra biləcəyini nəzərdə tutur.

Xatırladaq ki, yanvarın 21-də ABŞ prezidenti Donald Tramp ölkənin Paris İqlim Sazişindən çıxması ilə bağlı BMT-yə məktub göndərilməsi barədə göstəriş verib. Cənab Tramp oxşar qərarı 2017-ci ildə ilk prezidentlik dövründə qəbul etmişdi. 2021-ci ildə onu əvəzləyən Co Bayden ABŞ-ni müqavilədə iştirak edən ölkələr siyahısına qaytaran sərəncam imzalayıb.

Son xəbərlər
Digər xəbərlər