Çin ölkədə doğum nisbətini artırmaq üçün ictimai kampaniyaya başlayıb. Bu barədə “Financial Times” məlumat yayıb.
Onun sözlərinə görə, yerli hakimiyyət orqanları ictimai kampaniya çərçivəsində evli qadınları uşaq sahibi olmaq planları barədə sorğulamağa başlayıb. Nəşr bildirir ki, onlardan bəziləri tibbi məsləhətləşməyə dəvət olunur, bəzilərinə isə uşağa görə əlavə subsidiya təklif edilir.
Qeyd edək ki, Çin əhalisi 2023-cü ildə 2.08 milyon nəfər azalaraq 1.40967 milyard nəfərə düşüb. Son bir ildə hakimiyyət orqanları ölkədə 9.02 milyon yeni doğulmuş körpəni qeydə alıb, 11.10 milyon insan isə dünyasını dəyişib. Doğum və ölüm nisbətləri müvafiq olaraq 6.39 və 7.87 olub.
1970-ci illərdən bəri Çində “bir ailə, bir uşaq” siyasəti işləyir. Lakin doğum səviyyəsinin sürətlə azalması və əhalinin qocalması səbəbindən hökumət məhdudiyyətləri tədricən aradan qaldırmağa başlayıb. 2016-cı il yanvarın 1-dən Çində hər ailənin iki uşaq sahibi olmasına icazə verən qanun qüvvəyə minib. 2021-ci ilin may ayında hakimiyyət vətəndaşlarına üç uşaq sahibi olmağa icazə verib.