27 C
Baku
Sunday, August 10, 2025

“Financial Times”: Çin öz steyblkoinlərini işə salmağı düşünür

Honq-Konqda Honq-Konq dolları ilə əlaqəli steyblkoin lisenziyalaşdırma rejimi işə salındıqdan sonra Çin hakimiyyəti də oxşar layihəni nəzərdən keçirir, bu barədə “Financial Times” yazıb. Qəzet yazır ki, eyni zamanda Çin Mərkəzi Bankı və Kommunist Partiyası qabaqcıl texnologiyalara can atmanın dövlətin ölkədəki maliyyə axınlarına nəzarətini xeyli zəiflədə biləcəyindən ehtiyatlanır.

Honq-Konq 1 avqustda fiat valyutaya bağlı tokenləri lisenziyalaşdırmaq üçün yeni layihə başladıb. Eyni zamanda Honq-Konq Mərkəzi Banki xəbərdarlıq edib ki, steyblkoinlərin emissiyası üçün az sayda belə lisenziyalar vermək planlaşdırılır.

Çində oxşar layihənin işə salınmasının tərəfdarları ABŞ dollarına bağlı tokenlərin bütün dünyada sürətlə yayılmasının ABŞ-nin qlobal iqtisadiyyatdakı üstünlüyünü gücləndirdiyini söyləyirlər. Qəzetin mənbələrinin bildirdiyinə görə, son bir neçə ay ərzində rəsmi qurumlar ümumilikdə kriptovalyutaların və xüsusən də steyblkoinlərin tənzimlənməsi sahəsində gələcək fəaliyyət planı hazırlamaq üçün bir çox ekspertlərin fikirlərini dinləyiblər. Amma indiyə qədər hakimiyyət əsas nəticəyə gəlib: istənilən gələcək layihə Çinin “xüsusi milli şərtlərinə” cavab verməlidir və son nəticədə kapitalın kütləvi axınına səbəb olmamalıdır.

Son xəbərlər
Digər xəbərlər